Aparıcı Biznes Analitik
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 7 fevral 2026
Son Tarix: 5 mart 2026
Təsvir
Funksiya: Rəqəmsallaşdırma,transformasiya və layihələr direktorluğu/ Biznes Analitika şöbəsi
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Vəzifə funksiyaları:
Biznes strukturları üçün müxtəlif növ hesabatların hazırlanması:
Məlumat bazalarından əldə edilən datanın təmizlənməsi, keyfiyyətinin, dəqiqliyinin və ardıcıllığının təmin edilməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi;
Təkmilləşdirilməsinə ehtiyac olan hesabatların müəyyən edilməsi və araşdırılaraq nəticə barəsində məlumatların təqdim olunması və hesabatların avtomatlaşdırılması;
Biznes strukturlarının tələblərinə uyğun dataların toplanması, təhlil və layihə menecmenti ilə analitik dəstəyin göstərilməsi;
Datanın şərh edilməsi, statistik metodlardan istifadə edərək nəticələrinin təhlil edilməsi və davamlı hesabatların təqdim olunması;
Biznes proseslərinin izlənilməsi, təhlil edilməsi və təkmilləşdirilməsi;
Biznes tərəfdaşları ilə əməkdaşlıq edərək trendlərin müəyyən edilməsi və performansın davamlı olaraq inkişaf etdirilməsi;
Vəzifə tələbləri:
Ali təhsil;
Məntiqi və analitik düşünmə qabiliyyəti;
MS Office proqramların biliyi (MS Excel, Power BI yüksək səviyyədə);
Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (PL-300, MOSE)
SQL bilikləri (Oracle SQL);
SAP roqramından istifadə təcrübəsi arzuolunandır;
İngilis dili üstünükdür, rus dili arzuolunandır;
Komandada işləmək bacarığı;
Problemləri həll etmək bacarığı;
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ödənişi;
Şirkət nömrəsi ilə təmin olunma.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Analitik üzrə Ekspert” qeyd etməklə göstərilən elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Veysəloğlu MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#7871
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor