Anbardar (Servis mərkəzi)
Bakı
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 4 fevral 2026
Son Tarix: 16 mart 2026
Təsvir
Məhsulların anbara qəbulu, yerləşdirilməsi və buraxılmasının təmin edilməsi;
Anbarda olan məhsulların qeydiyyatının aparılması;
İşçilərin inventar tapmasının asanlaşdırılması, inventarın yeri və miqdarı haqqında real vaxtda məlumat verilməsi;
Məhsulları anbara qəbul edərkən, yüklərin faktiki miqdarını, markalanmanın düzgünlüyünü və eləcə də qablaşdırılmanın vəziyyətinin yoxlanılması;
Məhsulların xüsusiyyətindən asılı olaraq onların anbarda düzgün yerləşdirilməsinin təmin edilməsi;
Məhsulların anbardan ixracı zamanı, yüklərin faktiki miqdarının, markalanmanın düzgünlüyünün və eləcə də qablaşdırılmanın vəziyyətinin yoxlanılması;
Məhsulların anbardan ixracı və anbara idxalı barədə xüsusi proqram vasitəsi ilə müvafiq qeydlərin aparılması;
Müəyyən olunmuş məhsulların aidiyyatı üzrə çatdırılmasının təmin edilməsi;
Məhsulları qəbul edərkən və ya təhvil verərkən sənədlərin dəqiqliyinin yoxlanması;
Görülən işlə bağlı normativ sənədlərin daima nəzarətdə saxlanılması;
Anbarda olan məhsulların təhlükəsizliyini və salamatlığını təmin edir.
İş şəraiti:
İş günləri: Həftə içi: 09:00-17:00, Şənbə: 09:00-16:00;
Əmək haqqı: 1000 Azn Gross;
Tələblər
Bu sahə üzrə ən az 6 aylıq iş təcrübəsi;
Punktuallıq və operativlik;
Məsuliyyətli olmaq;
Qərar qəbul etmə;
Komandada işləmə.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7327
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+