Anbardar (Biləcəri)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 mart 2026
Son Tarix: 16 aprel 2026
Təsvir
Tələb olunan malları qəbul etmək və müəyyən olunmuş qaydada anbarda yığılması və paylanmasını təmin etmək;
Sifarişlərin operativ və obyektiv şəkildə paylanmasını icra etmək;
Qəbul olunan malların texniki xüsusiyyətlərinin tələblərə uyğun olaraq düzgün olması, düzgün formada saxlanılması, sənədləşmənin təmin edilməsini həyata keçirmək;
Vaxtlı-vaxtında inventarizasiyanın aparılmasını prosesində iştirak etmək;
Qüsurlu və işlənmiş mal-materialların çeşidlənməsi və çıxdaş edilməsinin düzgün həyata keçirilməsinə nəzarət etmək;
Müvafiq anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin, həmçinin anbarlama şəraitinin standartlara uyğun olmasını təmin etmək və bununla əlaqədar müvafiq düzəldici, inkişaf etdirici və önləyici təklif, hesablama və təqdimatların rəhbərliyə zamanında təqdim edilməsini təmin etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.
Tələblər
Təhsil: ümumi təhsil;
Xarici dil: Rus dili-yaxşı səviyyədə;
Word, Excell, 1C üzrə biliklər;
Bilməlidir:
Texniki təhlükəsizlik qaydaları;
Təchizat zəncirinin idarə olunmasına dair qaydaları;
Hesabatın aparılmasını, mədaxil-məxaric sənədlərinin təhvilini və müəyyən olunmuş hesabatın tərtib edilməsinin əsasları və qaydaları;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyasının və yanğından mühafizənin norma və qaydaları;
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11478
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+