Anbardar

Tam Ştat

Orta Səviyyə

800 AZN-dən

Yerləşdirilib 26 fevral 2026

Son Tarix: 30 mart 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Məhsulların qəbulu və yoxlanılmasına nəzarətin edilməsi;

  • Məhsulların növlərinə görə səliqə ilə anbarda yığılmasının təmin edilməsi;

  • Qüsurlu məhsulların aktlaşdırılması və struktur rəhbərinə məlumatın verilməsi;

  • Müvafiq proqram vasitəsi ilə məhsulların uçotunun aparılması;

  • Mağaza anbarından çıxan məhsulların təhvil-təslim qaydalarına uyğun olaraq aparılması;

  • Mağaza anbarında itən və ya yararsız hala düşən məhsullar barəsində struktur rəhbərinin məlumatlandırılması;

  • Həftəlik və aylıq olaraq anbar sayımının aparılması və uyğunsuzluq aşkar etdikdə struktur rəhbərinə məlumatın verilməsi.

İş şəraiti:

  • İş günləri: I-VI günlər;

  • İş yeri: KONTAKT HOME "Ukrayna dairəsi".

Tələblər

  • Ali təhsil;

  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;

  • Etibarlılıq və dürüstlük;

  • Detallara diqqət;

  • 1C və MS Excel proqramıları ilə işləmə bacarığının olması (arzuolunan);

  • Azərbaycan dili (səlis), rus dili (arzuolunan);

  • Dəqiq və məsuliyyətlilik.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9837

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya