AML və Monitorinq şöbəsinin Əməliyyatların monitorinqi istiqamətinin Mütəxəssisi
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 11 iyun 2026
Təsvir
- ƏL/TMM sistem təminatlarının qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək;
- Requlyativ hesabatların icrası;
- Nəzarət orqanları tərəfindən daxil olmuş sorğuları cavablandırmaq və nəzarət orqanları və Bank arasındakı məlumat mübadiləsini təmin etmək;
- ƏL/TMM sahəsində siyasət və prosedurlar üçün məzmunu (məs. ƏL/ÖMT/TM siyasəti və prosedurları) hazırlamaq / inkişaf etdirmək;
- Biznes mərkərzlərindən, MM-dən və digər departamentlərdən daxil olmuş ƏL/TMM ilə əlaqəli sorğuları cavablandırmaq;
- Bankın müştəri qəbulu və Öz-Müştərini-Tanı prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə Müştəri Eyniləşdirməsini həyata keçirmək;
- Gündəlik əsasda əməliyyatların ƏL/TMM proqram təminatı vasitəsi ilə monitorinq etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icra etmək.
Tələblər
Təhsil: İqtisadiyyat sahəsində (və digər uyğun sahədə) ali təhsil (bakalavr)
Tələb olunan iş təcrübəsi: minimum 2 il
Lisenziya / Sertifikat: CAMS, CGSS və s. kimi sertifikatların olması arzuolunandır
Xarici dillər: İngilis (səlis) / Rus
Kompüter bilikləri: Microsoft Office
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
PASHA Bank
Finance
PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17179
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+