AI üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 9 aprel 2026
Təsvir
Dövlət qurumları tərəfindən təqdim olunan AI əsaslı layihə və təşəbbüslərin texniki və arxitektur qiymətləndirilməsi;
AI həllərinin vahid rəqəmsal hökumət arxitekturasına uyğunluğunun təmin edilməsi;
AI layihələri üzrə texnologiya seçimi, tətbiq ssenariləri və arxitektur yanaşmaların formalaşdırılması;
Məlumat, model, inteqrasiya, təhlükəsizlik və etik istifadə tələbləri baxımından Aİ həllərinin təhlili;
Dövlət qurumlarının AI əsaslı həllərinin məqsədəuyğunluq baxımından qiymətləndirilməsi;
AI layihələri üzrə risklərin, məhdudiyyətlərin və tətbiq imkanlarının müəyyənləşdirilməsi;
AI həlləri üzrə metodoloji yanaşmaların, tövsiyələrin və baza prinsiplərinin hazırlanması;
Mövcud platformalar və yeni AI təşəbbüsləri arasında uyğunluğun təmin edilməsi;
Dövlət qurumlarına AI həllərinin seçimi və tətbiqi üzrə metodoloji və əməli dəstəyin göstərilməsi;
AI sahəsində müvafiq araşdırmaların aparılması və nəticələrinin sənədləşdirilməsi.
Tələblər
Süni intellekt, kompüter elmləri, informasiya texnologiyaları, data science və ya əlaqəli sahədə ali təhsil;
AI/ML həlləri, data platformaları və ya analitik sistemlər sahəsində minimum 4 il iş təcrübəsi;
Machine Learning, Generative AI, NLP, LLM, RAG və əlaqəli yanaşmalar üzrə bilik və təcrübə;
Python və müvafiq AI/ML kitabxanaları ilə işləmə təcrübəsi;
Məlumatların hazırlanması, keyfiyyəti, modelin qiymətləndirilməsi və tətbiqi üzrə biliklər;
AI həllərinin inteqrasiyası, API-lər və mikroservis yanaşması üzrə anlayış;
Bulud və ya on-premises Aİ yerləşdirmə modelləri üzrə təcrübə üstünlükdür;
AI təhlükəsizliyi, məlumat məxfiliyi və etik istifadə prinsipləri üzrə biliklər;
Texniki sənədləşdirmə, təhlil və tövsiyə sənədlərinin hazırlanması bacarığı;
Mürəkkəb AI həllərinin biznes və dövlət kontekstində izah edilməsi bacarığı;
Analitik düşüncə, araşdırma və problem həll etmə bacarıqları;
Komanda ilə işləmə və effektiv kommunikasiya qabiliyyəti;
Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
Dövlət sektoru, böyük həcmli məlumatlar və ya tənzimlənən sahələr üzrə təcrübə üstünlükdür.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11229
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200