Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 9 aprel 2026

Təsvir

  • Agentliyin və layihələrin vizual üslubuna uyğun qrafik dizayn işlərinin hazırlanması;

  • Sosial media platformaları (Instagram, Facebook, LinkedIn və s.) üçün kreativ və vizual cəlbedici dizaynların hazırlanması;

  • Reklam kampaniyaları üçün bannerlər, posterlər və digər vizual materialların yaradılması;

  • İRİA və digər markaların sosial media kanallarında istifadə ediləcək vizual materialların hazırlanması;

  • Briflər əsasında dizayn işlərinin icra edilməsi, brend kimliyinə uyğunluğun qorunması;

  • Korporativ tədbirlər, təqdimatlar və promo materiallar üçün dizaynların hazırlanması;

  • Agentlikdaxili və ya xarici layihələrə uyğun vizual ünsiyyət strategiyasının hazırlanmasına töhfə verilməsi;

  • Dizaynların çap və rəqəmsal formatlara uyğunlaşdırılması.

Tələblər

  • Adobe Photoshop və Illustrator üzrə peşəkar səviyyə;

  • Figma ilə işləmə bacarığı;

  • Sosial media, web saytlar və digital platformalar üçün kreativ, müasir və informativ dizayn hazırlamaq bacarığı;

  • UI yönümlü düşüncə tərzi (sadəlik, oxunaqlılıq, informasiya hierarxiyası anlayışı);

  • Dövlət xidmətləri kimi rəsmiyyət tələb edən brendlərlə işləməyə adaptasiya bacarığı;

  • After Effects ilə motion dizayn hazırlamaq və 3D qrafik hazırlama bacarığı (üstünlükdür);

  • Detallara qarşı yüksək həssaslıq, sürətli işləmə.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11232

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Rəqəmsal idarəetmə və komplayns üzrə baş mütəxəssis

Tam Ştat

Dövlət qurumları tərəfindən təqdim edilən elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmə Təşkil edilən elektron xidmətlərin göstərilməsi metodlarının inkişafı və müasir trendlərə uyğunluğu, təkmilləşdirilməsi və optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi; Elektron xidmətlərin qiymətləndirilməsi proseslərinin həyata keçirilməsi; Rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi; "Rəqəmsal İnkişaf Konsepsiyası" çərçivəsində sistemlərin analiz (diaqnostikası) edilməsi; Qiymətləndirmə və diaqnostika nəticələrinə dair hesabatlarının hazırlanması və təqdim edilməsi; Qiymətləndirmə və diaqnostika nəticələri üzrə tövsiyələrin hazırlanması; Qiymətləndirmə metodologiyalarının təkmilləşdirilməsinə dəstək edilməsi; Daxil olan yeni layihələrin (elektron xidmət, informasiya ehtiyat və sistemləri üçün) uyğunluğunun normativ aktlar çərçivəsində təmin edilməsi; Dövlət qurumları tərəfindən təşkil edilən və göstərilən elektron xidmətlərin “Vahid Reyestr”ə qeydiyyatını təmin edilməsi; Dövlət qurumları tərəfindən formalaşdırılmış informasiya ehtiyatlarının və sistemlərinin “Vahid Reyestr”ə qeydiyyatının təmin edilməsi; Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğunun müəyyən edilməsi; Rüblük illik hesabatların hazırlanması.