6-cı dərəcəli təmirçi elektrik(Bakı Limanı)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 23 may 2026
Təsvir
Avtoyükləyicilərin (elektrik və dizel) elektrik, elektron və avtomatika sistemlərinin təmiri və texniki xidmətinin həyata keçirilməsi;
Mürəkkəb elektrik nasazlıqlarının diaqnostikası və aradan qaldırılması;
Elektron idarəetmə bloklarının (ECU, controller, inverter, charger) yoxlanılması və sazlanması;
Sensorlar, relelər, kontaktorlar, qoruyucu və təhlükəsizlik sistemlərinin saz vəziyyətdə saxlanılması;
Akkumulyator sistemləri, enerji paylanması və şarj qurğularının texniki baxışı və təmiri;
Elektrik sxemləri, texniki çertyojlar və istehsalçı təlimatlarına uyğun işləmək;
Planlı texniki baxış və profilaktik xidmət işlərinin icrası;
Elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət edilməsi;
Təmir və xidmət işləri üzrə texniki qeydlərin, aktların və hesabatların hazırlanması;
Avadanlıqların düzgün istismarına nəzarət və istifadəçi heyətinə texniki dəstək göstərilməsi.
Tələblər
Bilməlidir:
Avtoyükləyicilərin (elektrik və dizel) elektrik və elektron sistemlərinin quruluşunu və iş prinsipini;
Güc ötürücü sistemlər, inverterlər, elektrik mühərrikləri və idarəetmə kontrollerlərinin iş prinsiplərini;
Elektron idarəetmə bloklarının (ECU, PLC, controller) diaqnostika və sazlanma üsullarını;
Elektrik sxemlərini, texniki çertyojları və istehsalçı (OEM) təlimatlarını oxumağı və tətbiq etməyi;
Akkumulyator sistemləri (traksyon batareyaları), şarj qurğuları və enerji paylanma sxemlərini;
Sensorlar, relelər, kontaktorlar, qoruyucu və təhlükəsizlik sistemlərinin funksiyalarını;
Elektrik təhlükəsizliyi qaydalarını, yüksək gərginliklə işləmə tələblərini və mühafizə vasitələrinin istifadəsini
Ölçmə və diaqnostika cihazlarının (multimetr, meqaommetr, osiloskop, diaqnostik skaner) tətbiq qaydalarını;
Qısaqapanma, yüklənmə, torpaqlama və sızma cərəyanları ilə bağlı riskləri və aradan qaldırma üsullarını;
Yanğın təhlükəsizliyi və fövqəladə hallarda davranış qaydalarını;
Texniki xidmət, təmir və sınaq işləri üzrə sənədləşmə və hesabat aparma qaydalarını.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14806
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+