1C üzrə administrator

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 13 aprel 2026

Təsvir

Sinteks Şirkətlər Qrupu “1C üzrə administrator” axtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu 1C sisteminin fasiləsiz işləməsini və 1C sisteminin istifadəçilərinə texniki dəstəyin təmin edilməsindən ibarətdir.

Vəzifə öhdəlikləri:

Sistem idarəetməsi:

  • 1C bazalarının dəstəklənməsi və idarə edilməsi.

  • Sistemin işinin monitorinqi və nasazlıqların vaxtında aradan qaldırılması.

  • 1C və digər informasiya sistemləri arasında məlumat mübadiləsinin saxlanması.

Yeniləmə idarəetməsi:

  • 1C sistemində yeniliklər tətbiq olunmazdan əvvəl yeni versiyaların və modulların sınaqdan keçirilməsi.

Quraşdırma və optimallaşdırma:

  • Sistemin səmərəliliyini artırmaq üçün 1C-də parametrlərin həyata keçirilməsi, biznes proseslərinin optimallaşdırılması.

  • 1C sistemində baş mütəxəssislərin rəhbərliyi altında sadə dəyişikliklərin həyata keçirilməsi.

  • 1C platformasında yeni həllərin tətbiqi üzrə layihələrdə iştirak və baş mütəxəssislərin rəhbərliyi altında digər sistemlərlə inteqrasiya

İstifadəçi dəstəyi:

  • İstifadəçi sorğularının işlənməsi, texniki problemlərin həllində köməklik və 1C ERP sistemi ilə işləmək üzrə məsləhətlərin verilməsi

  • 1C sisteminin işləməsi ilə bağlı insidentlərin və texniki problemlərin həlli.

Təhlükəsizlik və məlumatların qorunması:

  • Giriş hüquqlarının və istifadəçilərin təyini səviyyəsində məlumat təhlükəsizliyinin təmin edilməsi.

Layihələrin təşkili və nəzarəti:

  • 1C sisteminin və 1C İT infrastrukturunun funksionallığı ilə bağlı layihənin idarə edilməsi.

  • Layihə sənədlərinin yaradılması, 1C sistemində dəyişikliklərin sənədli qeydlərinin aparılması.

Sənədləşdirmə və Təlim:

  • İşçilərə 1C ERP sistemi ilə işləmək üzrə əsas bacarıqların öyrədilməsi və konsultasiyası.

  • Sistemin idarə edilməsi və istismarı üzrə sənədlərin aparılması

Məsuliyyət sahəsi:

  • 1С: ERP Управление предприятием 2

  • 1С: Розница 8

Professional biliklər:

  • 1C:ERP platformasının arxitekturasını və idarəetmənin əsaslarını bilmək.

  • MS SQL, PostgreSQL üzrə biliklərin olması üstünlükdür; 1C bazasının optimallaşdırılması üzrə sorğuların işləmə məntiqini anlama.

  • Məlumatların ehtiyat nüsxəsi və bərpası sistemləri ilə iş təcrübəsi.

Təhsil:

  • İT, informasiya sistemləri və proqramlaşdırma üzrə ali texniki təhsil

  • 1C üzrə sertifikatlar üstünlükdür

İş təcrübəsi:

  • 1C ERP ilə minimum 1 il iş təcrübəsi

Professional Bacarıq və Kompetensiyalar

  • 1C ERP ilə işləməyin əsaslarını bilmək, əsas idarəetmə və texniki dəstək bacarıqları, İT sahəsində inkişaf etmək arzusu

  • Detallara diqqət, komandada işləmək bacarığı, yaxşı öyrənmə qabiliyyəti və inkişaf etmək istəyi.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində **“1C üzrə administrator”**qeyd edərək qeyd olunanelektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Sinteks Group of Companies

Sinteks Group of Companies

Retail

Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11406

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Satış təmsilçisi (Hugo Boss)

Tam Ştat

Departament: Satış 1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir. Sinteks Şirkətlər Qrupunda “Satış təmsilçisi” vakansiyası aktivdir! Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vəzifənin rolu: Satışı fəaliyyətini həyata keçirmək və müştəri bazasını inkişaf etdirməkdir. Vəzifələr: Ticarət salonunda müştərilərə xidmət göstərmək. Ticarət salonunda malların çeşidlərinin və ölçülərinin mövcudluğunu təşkil etmək. Mağaza meneceri tərəfindən müəyyən edilmiş hədəfi yerinə yetirmək. Bölmənin təmizliyinə və səliqəsinə diqqət etmək. Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, oğurluq və ya itki təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq. Namizədə dair tələblər: Ünsiyyət bacarıqları Kollektivdə işləmə bacarığı Stressə davamlılıq Məsuliyyət Təhsil: Xüsusi təhsil tələb olunmur. (Ali təhsil arzuolunandır) İş təcrübəsi: Moda brendləri üzrə satış sahəsində minimum 1 il iş təcrübəsi Əmək haqqı: 775 AZN (gross) + satışdan yüksək bonuslar Ünvan: 3,R.Rza küç., Hugo Boss Müraciət üçün**:** https://www.jotform.com /251063391871457  linkə daxil olaraq formu doldura bilərsiniz və ya +994512290677 (müraciətlər yanlız whatsapp üzərindən qəbul edilir).