1C operator/Olivia (Beauty and care)
Tam Ştat
Orta Səviyyə
1.450 AZN-dən
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 21 may 2026
Təsvir
1C 8.3 platformasında konfiqurasiyalar ilə işlənməsi;
Mağazalara (kassa sistemlərinə) texniki dəstəyin göstərilməsi;
Ticarət və kassa avadanlıqlarının 1C sisteminə inteqrasiyasında iştirak edilməsi;
Verilən tapşırıqlar üzrə texniki tapşırıqların (TT) hazırlanmasında iştirak edilməsi;
Hazırlanan funksionallığın test edilməsi və düzgün işləməsinin təmin olunması;
Yaranan texniki problemlərin operativ şəkildə aradan qaldırılması.
Tələblər
Ali təhsil (İT və ya əlaqəli sahə üstünlükdür);
1C 8.3 platforması üzrə yüksək səviyyədə biliklər;
Rus dili biliyi əla səviyyədə (mütləqdir);
Analitik düşünmə və problem həll etmə bacarıqları;
Komandada işləmək və ünsiyyət bacarıqları;
Müvafiq vəzifə üzrə 1 il iş təcrübəsi;
Bəy namizədlərə üstünlük veriləcəkdir;
İş şəraiti:
İş qrafiki: I-V günlər
Əmək haqqı: 1450 Azn Gross
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Olivia Beauty & Care
https://olivia.az/
Olivia Beauty & Care müasir kosmetika və baxım məhsulları sahəsində fəaliyyət göstərən şirkət və brenddir. Şirkət “Olivia” adı ilə baxımlı görünüşü, özünə inamı və zərifliyi ön planda tutan müştərilər üçün keyfiyyət, zövq və peşəkarlığı bir araya gətirən məhsullar təklif edir və geniş çeşiddə orijinal kosmetika, dəri və saç üçün qulluq vasitələri, parfümeriya və digər gözəllik məhsullarını təqdim edir. Olivia mağazaları müxtəlif brendlərin məhsullarını münasib qiymətlərlə pərakəndə satışa çıxarır və onlayn sifariş imkanları da təqdim edir. Olivia Beauty & Care multibrend mağazalar şəbəkəsi olaraq Türkiyə, İtaliya, Polşa, Belarus və digər ölkələrdən tanınmış və eksklüziv məhsulları satışa çıxarır və kosmetika sahəsində geniş seçim imkanı yaradır. Şirkət həm qadınlar, həm də kişilər üçün müxtəlif növ şəxsi qulluq vasitələrini təqdim edir və müştərilərə rahat alış təcrübəsi, dözümlü qiymətlər və peşəkar xidmət ilə gözəllik və özünə qulluq mədəniyyətini asan şəkildə əldə etməyə şərait yaradır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14685
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200