Ana Səhifə
Vakansiyalar
Nəqliyyat və Logistika
Anbardar

Anbar rəhbəri Olivia (Kosmetika və baxım)

Anbar rəhbəri Olivia (Kosmetika və baxım)

https://olivia.az/

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 3 may 2026

Təsvir

  • Anbar fəaliyyətinin ümumi idarə olunması və nəzarət edilməsi;

  • Malların qəbulu, yerləşdirilməsi və çıxarılmasının düzgün təşkil edilməsi;

  • Anbar stoklarının gündəlik izlənməsi və inventarizasiyanın aparılması;

  • Anbar əməkdaşlarının işinin koordinasiyası və idarə olunması;

  • Təhlükəsizlik və daxili prosedurlara riayət olunmasının təmin edilməsi;

  • Anbar sisteminin qurulması, optimallaşdırılması və avtomatlaşdırılması;

  • ERP və ya digər anbar idarəetmə sistemlərinin tətbiqi və təkmilləşdirilməsi;

  • Anbar daxili KPI (performans) sistemlərinin qurulması və izlənməsi;

  • Anbar daxilində məhsulların düzgün yerləşdirilmə qaydalarının (zonalama, kateqoriyalaşdırma və s.) qurulması və tətbiq edilməsi;

  • Logistika xidmətinin düzgün təşkili və digər şöbələrlə effektiv koordinasiyanın təmin olunması;

  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Ali və ya orta ixtisas təhsil;

  • Anbar sahəsində rəhbər kimi minimum 3 il iş təcrübəsi;

  • Anbar sistemlərinin sıfırdan qurulması və ya optimallaşdırılması üzrə təcrübə;

  • Anbar daxili KPI sistemlərinin qurulması və tətbiqi üzrə təcrübə;

  • MS Office proqramlarında və 1C 8.3 - də işləmə bacarığı;

  • Analitik düşünmə və problem həll etmə bacarığı;

  • Komanda idarəetmə və liderlik bacarıqları;

  • Məsuliyyətlilik və dəqiqlik.

Sən də bizim komanda üzvü olmaq istəyirsənsə göstərilən link vasitəsi ilə keçid edə bilərsən.

Necə Müraciət Etmək Olar

Olivia Beauty & Care

Olivia Beauty & Care

https://olivia.az/

Olivia Beauty & Care müasir kosmetika və baxım məhsulları sahəsində fəaliyyət göstərən şirkət və brenddir. Şirkət “Olivia” adı ilə baxımlı görünüşü, özünə inamı və zərifliyi ön planda tutan müştərilər üçün keyfiyyət, zövq və peşəkarlığı bir araya gətirən məhsullar təklif edir və geniş çeşiddə orijinal kosmetika, dəri və saç üçün qulluq vasitələri, parfümeriya və digər gözəllik məhsullarını təqdim edir. Olivia mağazaları müxtəlif brendlərin məhsullarını münasib qiymətlərlə pərakəndə satışa çıxarır və onlayn sifariş imkanları da təqdim edir. Olivia Beauty & Care multibrend mağazalar şəbəkəsi olaraq Türkiyə, İtaliya, Polşa, Belarus və digər ölkələrdən tanınmış və eksklüziv məhsulları satışa çıxarır və kosmetika sahəsində geniş seçim imkanı yaradır. Şirkət həm qadınlar, həm də kişilər üçün müxtəlif növ şəxsi qulluq vasitələrini təqdim edir və müştərilərə rahat alış təcrübəsi, dözümlü qiymətlər və peşəkar xidmət ilə gözəllik və özünə qulluq mədəniyyətini asan şəkildə əldə etməyə şərait yaradır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12671

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya