1C Mühasib-Operator
Bakı
Tam Ştat
Orta Səviyyə
800 AZN-dən
Yerləşdirilib 18 aprel 2026
Son Tarix: 16 may 2026
Təsvir
Adentta 2019-cu ildən etibarən Bakıda fəaliyyət göstərən, stomatologiya və xüsusilə implantologiya sahəsində ixtisaslaşmış distribütor şirkətdir. Biz qlobal miqyasda tanınmış stomatoloji brendlərlə əməkdaşlıq edərək, keyfiyyətli və innovativ məhsulların idxalı və satışını həyata keçiririk.
İşin təsviri:
1C proqramında mühasibat və anbar əməliyyatlarının düzgün icrasına, hesabatların hazırlanmasına və rəhbərliyə təqdim edilməsinə cavabdeh olacaq.
Əsas vəzifələr:
1C proqramında alış-satış qaimələrinin, müqavilə və aktların hazırlanması
Gündəlik kassa, bank və depozit əməliyyatlarının sistemə işlənməsi
Elektron qaimələrin göndərilməsi və qarşı tərəflərlə üzləşmələrin aparılması
Gömrük (YGB) sənədlərinin 1C-yə daxil edilməsi və arxivləşdirilməsi
Sənədlərin düzgün qaydada və tarixlər üzrə arxivlənməsinin təmin edilməsi
Tələblər
Ali təhsil
1C proqramında sərbəst işləmək bacarığı
Excel-də hesabat, cədvəl və formullarla işləmə bacarığı
Satış və mal hərəkəti üzrə analiz aparmaq bacarığı
Dəqiqlik və məsuliyyətlilik
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
İş ünvanı: Bakı şəhəri, Səməd Vurğun küçəsi (mağaza back office)
Əmək haqqı: Fiks 800 AZN və rüblük bonus
Göstərilən tələblərə uyğun gələn namizədlərdən Azərbaycan dilində tərtib olunmuş CV-lərini mövzu hissəsinə “1C Mühasib-Operator” qeyd edərək göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Adentta MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14180
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə