Adentta 2019-cu ildən etibarən Bakıda fəaliyyət göstərən, stomatologiya və xüsusilə implantologiya sahəsində ixtisaslaşmış distribütor şirkətdir. Biz qlobal miqyasda tanınmış stomatoloji brendlərlə əməkdaşlıq edərək, keyfiyyətli və innovativ məhsulların idxalı və satışını həyata keçiririk.
İşin təsviri:
1C proqramında mühasibat və anbar əməliyyatlarının düzgün icrasına, hesabatların hazırlanmasına və rəhbərliyə təqdim edilməsinə cavabdeh olacaq.
Əsas vəzifələr:
1C proqramında alış-satış qaimələrinin, müqavilə və aktların hazırlanması
Gündəlik kassa, bank və depozit əməliyyatlarının sistemə işlənməsi
Elektron qaimələrin göndərilməsi və qarşı tərəflərlə üzləşmələrin aparılması
Gömrük (YGB) sənədlərinin 1C-yə daxil edilməsi və arxivləşdirilməsi
Sənədlərin düzgün qaydada və tarixlər üzrə arxivlənməsinin təmin edilməsi