Digər sənaye işləri

Aparıcı şirkətlərdən 4 iş imkanı kəşf edin

AzerGold CJSC

Zavod müdiri / CİL zavodu

AzerGold CJSC

Tam Ştat
Menecer

İş şəraiti: İş yeri: Daşkəsən rayonu İş növü: Tam Vakansiyaya dair tələblər: CİL zavodu üzrə aparılan prosesləri ən effektiv şəkildə idarə etmək; İstehsalatla bağlı maliyyə hesabatlarını hazırlamaq; İstehsalatın optimallaşdırılması ilə bağlı metallurji testlərin aparılması üçün təkliflər vermək; Proses daxilində optimizasiya proqramları hazırlamaq və bu proqramları idarə etmək; Kimyəvi maddələrin istifadəsində optimal göstəriciləri təyin edərək maliyyə avantajı əldə etmək, nəzarətdə saxlamaq və müvafiq hesabatları hazırlamaq, həmçinin bütün kimyəvi maddələrin istifadəsinə dair təlim təqdimatlarını hazırlamaq və zəruri təlimləri keçmək; Əməyin mühafizəsi çərçivəsində istehsalatın davamlılığını təmin etmək; Əməliyyatın çatışmazlıqlarını və tələblərini analiz edərək əməliyyata istiqamət vermək; Proses dəyişikliklərinə əsasən istehsalat meneceri ilə məsləhətləşməklə əməliyyat planını hazırlamaq; İstehsalatın gedişi və ya istehsalata təsir edən hər bir parametr barədə nəzarətçilərdən məlumat toplayaraq, lazım olan tədbirlərin görülməsinə qərar vermək; Karbon sıyırma və dəyirman dayanma planlamalarını təşkil etmək; Proses təlimatlarının və prosedurların yaradılmasını, hər bir təlimatın öyrədilməsini və icrasını təmin etmək; İcra etdiyi işlərin qanunvericiliyə və Cəmiyyətdaxili qayda, prosedur və təlimatlara uyğun olmasına; "İşə icazə" vərəqələri ilə görülməsi nəzərdə tutulan işlərin düzgün yerinə yetirilməsinin təmin edilməsi;

Mətanət A Şirkətlər Qrupu

Zavod direktoru

Mətanət A Şirkətlər Qrupu

Tam Ştat
Direktor

Müəssisənin illik büdcəsinin və tədbirlər planının müəyyən edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi; Müəssisədə istehsalın təşkili və hazır məhsul planlarının yerinə yetirilməsinə nəzarət edilməsi; Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və s. təchizat planının hazırlanması; Müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə və istehlaka nəzarətin təmin edilməsi; Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi; İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi; Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi; Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi; Satınalma ile kordinasiyalı formada ishlemek; Ümumi hesabatların tərtibi və rəhbərliyə təqdim edilməsi; Həftəlik hesabatların təsisçiyə təqdim edilməsi; Müəssisəyə daxil olan mallara nəzarət, məhsulların yerli və xarici bazara çıxarılmasına rəhbərlik etmək; İstehsalat daxilində nizam-intizam qaydalarını formalaşdırmaq, əməl olunmasına nəzarət etmək. Zavodun ümumi fəaliyyətinə rəhbərlik edir. Struktur bölmələrin (istehsal sahələri, şöbələr, laboratoriyalar və s.) işini əlaqələndirir. İş proseslərinin düzgün planlaşdırılmasını və resursların səmərəli istifadəsini təmin edir. Kadrların işinin təşkili, motivasiyası və intizamının qorunmasına nəzarət edir. İstehsal planlarının hazırlanması və icrasına rəhbərlik edir. Məhsulun keyfiyyətinə, istehsalın həcminə və xərclərinə nəzarət edir. İstehsal proseslərinin modernləşdirilməsi və yeni texnologiyaların tətbiqini təşviq edir. Texniki təhlükəsizlik, əməyin mühafizəsi və ekoloji tələblərə əməl olunmasına cavabdehdir. Zavodun büdcəsini, xərclərini və gəlirlərini idarə edir. Rentabelliyin artırılması və istehsalın səmərəliliyinin yüksəldilməsi üçün tədbirlər görür. Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünə nəzarət edi Zavodun uzunmüddətli inkişaf strategiyasını müəyyən edir. Yeni məhsul növlərinin və bazarların araşdırılmasını təmin edir. Rəqabətqabiliyyətliliyin artırılması üçün innovativ həlləri tətbiq edir. Tədarükçülər, müştərilər, tərəfdaşlar və dövlət orqanları ilə işgüzar əlaqələr yaradır və saxlayır. Müqavilələrin bağlanmasına və icrasına nəzarət edir. Zavodu müxtəlif iclas, sərgi və forumlarda təmsil edir. Zavodun fəaliyyətinin qanunvericiliyə uyğun aparılmasını təmin edir. İşçilərin hüquq və vəzifələrinin qorunmasına nəzarət edir. İstehsalatda baş verən hadisələrə və nəticələrə görə məsuliyyət daşıyır.

Azersun Holding

Assistent Kürdəmir Süd Emalı Zavodu MMC

Azersun Holding

Tam Ştat
Orta Səviyyə

Talep No: 31339 Ümumi Tələblər Ali təhsil. MS Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək. Məsuliyyətli, diqqətli və intizamlı olmaq. Xarici dil biliyinin olması ( üstünlük verilən dil - İngilis dili) Komanda ilə işləmək və əməliyyat proseslərini idarə etmək bacarığı. Sənədləşmə və işgüzar yazışma qaydalarını bilmək. Ünsiyyət və təşkilatçılıq bacarığı. İş Haqqında Məlumat Rəhbərin gündəlik iş planını təşkil edir və görüşləri planlaşdırır. Telefon zənglərini qəbul edir və lazımi şəxslərə yönləndirir. Sənədlərin hazırlanmasında, yazışmalarda və hesabatların tərtibində kömək edir. Rəhbərin tapşırıqlarını vaxtında yerinə yetirir. İclas və görüşlərin təşkili ilə bağlı hazırlıq işlərini görür. Qonaqların qarşılanması və yönləndirilməsini təmin edir. Ofis sənədlərinin arxivləşdirilməsini və saxlanmasını təşkil edir. Müəssisədaxili məlumatların vaxtında ötürülməsini təmin edir. İş vaxtının norması: 5 günlük iş rejimi; İstirahət günü: Şənbə, Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə; Nahar şirkət tərəfindən təmin edilir; Ünvan: Hacıqabul rayonu Padar qəsəbəsi. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Assistent” qeyd etməyiniz xahiş olunur.