Yollarda Keyfiyyətə Nəzarət və Təminat mühəndisi (Xocavənd)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 15 iyun 2026
Təsvir
Vəzifə təlimatı:
Keyfiyyət spesifikasiyalarının yerinə yetirilməsini təmin etmək üçün materialları, avadanlıqları və prosesləri yoxlamaq va sinaqdan keçirmək.
Nəzarət və təkmilləşdirmələri inkişaf etdirmək və həyata keçirmək üçün əməliyyat menecerləri ilə əməkdaşlıq etmək.
İş sahələrini üçün check list hazırlayaraq yoxlamaların keçirilməsi, müşahidələrin aparılması,uyğunsuzluqların rəhbərliyə bildirilməsi;
Kritik məhsulların qəbulunda iştirak edərək həmin məhsulların sonrakı vəziyyətini (saxlanmasını) daimi nəzarətdə saxlamaq;
İş axış sxemləri (Həmçinin prosedurlar) hazırlanması üçün sahələrdə işin izlənilməsi və müvafiq strukturlara dəstək olmaq;
Məhsulun keyfiyyətinin pisləşməsi və qüsurların buraxılmasına səbəb olan səbəblərin öyrənilməsi, , onların aradan qaldırılması üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
İşlərinin (xidmətlərin) keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək;
Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək;
Keyfiyyət idarəetmə sisteminə aid sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmasına nəzarət etmək;
Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların və problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlərdə iştirak etmək, Keyfiyyətsiz işlərin, xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planının və İşlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək;
Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların və problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlərdə iştirak etmək, Keyfiyyətsiz işlərin, xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planının və İşlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
İş axınının, proseslərin təhlükəsizlik qaydalarına uyğun olmasını təmin etmək.
İstehsal problemlərinin araşdırılması və aradan qaldırılması.
Düzəliş tədbirlərinin, həllərin və təkmilləşdirmələrin hazırlanması.
Kənar auditlər zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı proses sahiblərinə dəstək olmaq və keyfiyyət ilə əlaqəli məsələlərin həll olunma statusunu nəzarətdə saxlamaq;
Tikinti –quraşdırma işlərinin keyfiyyət proqramına uyğun aparılmasına və texnoloji proseslərin ardıcıllığının pozulmamasına nəzarət edir;
Keyfiyyət idarəetmə sisteminin Rəhbərlik tərəfindən analizi üçün zəruri olan məlumatların hazırlanmasında və sistemləşdirilməsi işində iştirak etmək;
Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq;
Müayinə zamanı kritik qəraraları standart çərçivəsində dəyərləndirir;
Layihəyə uyğun Keyfiyyətə Nəzarət Planını hazırlamaq.
Layihə üzrə Keyfiyyətə Nəzarət Planına riayət edilməsinə nəzarət.
SƏTƏM prosedurlarına riayət edilməsi.
KT/KN üzrə prosedura riayət edilməsi.
Tələblər
Ali mühəndislik təhsili.
Keyfiyyət mühəndisliyi ,keyfiyyət təminatı və ya oxşar vəzifədə 2 illik təcrübə.
Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili,
qiymətləndirilməsini;
Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini.
Müvafiq sahə üzrə beynəlxalq standartları;
Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.
Problemləri effektiv şəkildə həll etmək;
Daxili əmək intizamı qaydalarını;
Ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar.
Analitik və problem həll etmə bacarığı.
Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Yollarda KT/KN mühəndisi (Xocavənd)” başlığı ilə göndərməklə edə bilərsiniz.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17162
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+