Ana Səhifə
Vakansiyalar

Texniki ofis mühəndisi (Xocavənd)

Texniki ofis mühəndisi (Xocavənd)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 may 2026

Son Tarix: 14 iyun 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Layihə üzrə lazımı məlumatların (çertyojlar, texniki hesabatlar, material siyahılar və s.) hazırlanması və yoxlanılması

  • Tender üçün lazım olan texniki sənədlərin və hesabatların hazırlanması

  • İşlərin və materialların miqdarını, qiymətini və tələb olunan resursları müəyyən etmək

  • Layihə üzrə iş həcmini vəresurs tələblərini müəyyən etmək üçün kəşfiyyat hesabatlarının hazırlanması

  • Dəyəri optimallaşdırmaq üçün alternativ material və ya metod təklifləri hazırlamaq

  • Tenderə cəld olunmuş sabpodratçılar və təchizatçılardan alınan təklifləri nəzərdən keçirmək və qiymətləndirmək

  • Tender prosesi zamanı sifarişçidən (müştəridən) gələn texniki sualları cavablandırmaq

  • Tender sənədlərinin düzgün şəkildə arxivləşdirilməsi və saxlanılması

  • Uğurlu və uğursuz tenderlərin nəticələrini analiz etmək, gələcək üçün təkminləşdirmə sahələrini müəyyənləşdirmək

  • Layihə üçün tələb olunan material və xidmətlərin bazar qiymətlərini araşdırmaq

Tələblər

  • Excel bilikləri: mürəkkəb funksiyaların istifadəsi (VLOOKUP, HLOOKUP, Pivot Table, IF/ELSE, SUMIF, və s.)

  • Tender sənədlərinin tələblərini və texniki spesifikasiyaları oxuyub başa düşmək qabiliyyati

  • Müqavilələrinin, texniki təkliflərin hazırlanması və qiymətləndirilməsi üçün lazım olan biliklər

  • Müvafiq texniki sahədə ali təhsil (Mühəndis)

Namizədlərdən CV-ni " Texniki ofis mühəndisi (Xocavənd)” mövzusu ilə  cv@nwconstrcution.com və ya hr@nwconstruction.com elektron poçt ünvanına göndərməyi xahiş olunur.

Necə Müraciət Etmək Olar

North West

North West

Other

North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16336

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya