Ana Səhifə
Vakansiyalar

Yarmarkaların təşkili şöbəsinin müdir müavini / mütəxəssisi

Yarmarkaların təşkili şöbəsinin müdir müavini / mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 dekabr 2025

Son Tarix: 16 yanvar 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Şöbə müdirinin gündəlik fəaliyyətində dəstək göstərmək, tapşırıqların icrasını nəzarətdə saxlamaq;

  • Şöbə müdirinin səlahiyyət verdiyi hallarda şöbənin fəaliyyətinə rəhbərlik etmək və qəbul edilmiş qərarların həyata keçirilməsini təmin etmək;

  • Yarmarka tədbirlərinin təşkili, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi üzrə işlərin planlaşdırılmasında və koordinasiyasında iştirak etmək;

  • Şöbə üzrə daxili iş bölgüsünün düzgün aparılmasına və işçilərin fəaliyyətinin əlaqələndirilməsinə nəzarət etmək;

  • Şöbə müdirinin göstərişi əsasında hesabatlar, hazırlamaq;

  • Şöbənin fəaliyyətinə dair iclas və görüşlər təşkil etmək;

  • Şöbə daxilində və digər struktur bölmələrlə qarşılıqlı əlaqəni təmin etmək;

  • Şöbə müdirinin iştirakı olmadan zəruri məsələlərin operativ həlli üçün təkliflər vermək və tədbirlər görmək;

  • Şöbə müdiri tərəfindən həvalə olunmuş digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

Tələblər

  • Ali təhsil (menecment, iqtisadiyyat, idarəetmə və ya uyğun sahələr üzrə);

  • Minimum 3 il müvafiq sahədə (təşkilati işlər, layihələrin idarə olunması və ya tədbirlərin təşkili sahəsində) iş təcrübəsi;

  • İdarəetmə və ya koordinator vəzifəsində iş təcrübəsi üstünlükdür;

  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək;

  • İdarəetmə üzrə təlim və sertifikatlar üstünlükdür;

  • Azərbaycan dili – sərbəst;

  • Rus və/və ya ingilis dili – arzuolunandır;

  • Yarmarkaların təşkili və idarə olunması prinsipləri;

  • İdarəetmə və iş bölgüsü prinsipləri;

  • Kargüzarlıq və hesabatlılıq qaydaları;

  • Liderlik və komandada işləmə bacarığı;

  • Məsuliyyətlilik və operativlik;

  • Analitik düşüncə və qərarvermə bacarığı;

  • Ünsiyyət və təqdimat bacarığı;

  • Stresə davamlılıq

İş rejimi:

  • 5 günlük iş qrafiki

  • İş saatı 09:00-18:00-dək

  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Yarmarkaların təşkili şöbəsinin müdir müavini / mütəxəssisi” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Aqrar Tədarük və Təchizat

Aqrar Tədarük və Təchizat

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3466

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya