Marketinq və satışın təşkili üzrə şöbə müdiri / baş mütəxəssis / mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 dekabr 2025
Son Tarix: 16 yanvar 2026
Təsvir
Marketinq və satışın təşkili şöbəsi üçün peşəkar və motivasiyalı komanda üzvləri axtarışındayıq (şöbə müdiri və mütəxəssis heyəti: baş mütəxəssis, mütəxəssis).
Vəzifə öhdəlikləri:
Satış planlarını hazırlamaq, icrasına nəzarət etmək və nəticələri rəhbərliyə hesabat şəklində təqdim etmək;
Məhsullar üçün satış kanallarını müəyyənləşdirmək və bu kanallarla əməkdaşlıq qurmaq;
Məhsulların alternativ bazarlara çıxarılması üçün satış strategiyasını işləyib hazırlamaq və tətbiq etmək;
Məhsulların satışını dəstəkləmək məqsədilə marketinq və tanıtım fəaliyyətlərini həyata keçirmək;
Potensial bazarları araşdırmaq, bazar analizi aparmaq və nəticələr əsasında fəaliyyətlərə dəstək vermək;
Yeni məhsul və xidmətlərin bazara çıxarılma strategiyasını hazırlamaq və icrasını təmin etmək;
Əlaqədar dövlət və özəl qurumlarla əməkdaşlıq əlaqələrini qurmaq;
Satış prosesində yarana biləcək riskləri öncədən müəyyənləşdirərək, onların azaldılması üçün dəstək mexanizmləri hazırlamaq.
Tələblər
Ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya əlaqəli sahələr üzrə);
Satış və marketinq sahəsində ən azı 3 il iş təcrübəsi, xüsusilə kənd təsərrüfatı və ya qida sektorunda;
Bazarın təhlili və məhsulların bazara çıxarılması üzrə biliklər;
Analitik düşünmə qabiliyyəti, satış kanallarını və bazarı əvvəlcədən təhlil etmək bacarığı;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Komanda ilə işləmə, təşəbbüskarlıq və nəticəyə yönümlülük.
İş rejimi:
5 günlük iş qrafiki
İş saatı 09:00-18:00-dək
Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Marketinq və satışın təşkili şöbəsinin müdiri / baş mütəxəssisi / mütəxəssisi” yazaraq Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Aqrar Tədarük və Təchizat
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3464
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə