Yaradıcı (Texniki) memar

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 20 iyun 2026

Təsvir

  • Memarlıq sahəsi üzrə ali təhsil;

  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi mütləqdir;

  • Müasir tikinti norma və qaydalarını bilməlidir (AzDTN qaydaları əsasında);

  • AutoCad, Archicad  proqramlarında professional səviyyədə işləmə bacarığı (Revit, İnDesign,İllustrator arzu olunandır);

  • Dil bilikləri : azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;

  • BİM layihələrində iştirakı arzuolunandır;

  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;

  • Namizəd tərəfindən şəxsi Portfolionun göndərilməsi vacibdir;

  • Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklər, müştəri məmnuniyyətinə nail olma və təqdimat bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasını və təqdimat materialını hazırlayır;

  • Layihə-dizayn işlərinin seçilmiş dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edir;

  • Müxtəlif təyinatlı obyektlərin kompleks layihələrinin memarlıq/dizayn hissəsinin (bölməsinin) işlənib hazırlanması;

  • İnnovativ və kreativ ideyalar formalaşdırmaq bacarığı;

  • Müvafiq proqram təminatı vasitəsilə obyektin ilkin eskizinin yüksək keyfiyyətli üçölçülü (3D) təsvirlərinin hazırlanması;

  • İri miqyaslı layihələrdə işləmə bacarığı;

  • İşlərin tələb olunan müddətə keyfiyyətli hazırlanması və təhvili.

İş barədə məlumat:

  • İş qrafiki: 09:00-18:00, həftə içi 5 gün;

  • Əmək haqqı: işcinin təcrübə və biliyinə uyğun müsahibə əsasında təyin olunacaq;

  • İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərsinlər

Necə Müraciət Etmək Olar

Bakı Dövlət Layihə İnstitutu

Bakı Dövlət Layihə İnstitutu

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17708

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə