Bakı Dövlət Layihə İnstitutu
Memarlıq sahəsi üzrə ali təhsil;
Sahə üzrə ən azı 3 il iş təcrübəsi mütləqdir;
Müasir tikinti norma və qaydalarını bilməlidir (AzDTN qaydaları əsasında);
AutoCad, Archicad proqramlarında professional səviyyədə işləmə bacarığı (Revit, İnDesign,İllustrator arzu olunandır);
Dil bilikləri : azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;
BİM layihələrində iştirakı arzuolunandır;
İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
Namizəd tərəfindən şəxsi Portfolionun göndərilməsi vacibdir;
Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklər, müştəri məmnuniyyətinə nail olma və təqdimat bacarığı.
Vəzifə öhdəlikləri:
Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasını və təqdimat materialını hazırlayır;
Layihə-dizayn işlərinin seçilmiş dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edir;
Müxtəlif təyinatlı obyektlərin kompleks layihələrinin memarlıq/dizayn hissəsinin (bölməsinin) işlənib hazırlanması;
İnnovativ və kreativ ideyalar formalaşdırmaq bacarığı;
Müvafiq proqram təminatı vasitəsilə obyektin ilkin eskizinin yüksək keyfiyyətli üçölçülü (3D) təsvirlərinin hazırlanması;
İri miqyaslı layihələrdə işləmə bacarığı;
İşlərin tələb olunan müddətə keyfiyyətli hazırlanması və təhvili.
İş barədə məlumat:
İş qrafiki: 09:00-18:00, həftə içi 5 gün;
Əmək haqqı: işcinin təcrübə və biliyinə uyğun müsahibə əsasında təyin olunacaq;
İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərsinlər