Yanğınsöndürən (Biləcəri, Dübəndi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 31 yanvar 2026
Təsvir
Xidməti geyim formasını, fərqlənmə nişanını səliqəli daşımaq, xarici görkəminə diqqətlə yanaşmaq, hər zaman səliqəli olmaqla davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərmək, xidməti borcunu yerinə yetirərkən obyektin işçiləri, iş yoldaşları və vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmaq;
Növbəni qəbul edərkən, alət və avadanlıqların sazlığını yoxlamaq;
Xidməti vəzifəsinin icrası zamanı yanğından mühafizə qatarını və qatarın yerləşdiyi ərazini tərk etməmək, yatmamaq, işində, hərəkətində daim sayıq davranmaq, cəsurluq, qorxmazlıq və qətiyyətlilik nümayiş etdirmək;
İş prosesində əldə etdiyi məlumatları ancaq xidməti fəaliyət üçün istifadə etmək, məlumatların daim məxfi saxlanılmasını təmin etmək;
Növbənin təhvil-təslimi zamanı aşkar olunmuş çatışmazlıqlarla bağlı növbə rəisinə məlumat vermək;
Həyacan siqnalı elan edildikdə dərhal yerini tutmaq, növbə rəisinin göstərdiyi yerə getmək;
Baş vermiş yanğın hadisəsinin qarşısını almaq, hadisə zamanı əməkdaşları və maddi dəyərləri xilas etmək;
Xidməti vəzifələrini vaxtında, dəqiq və təhlükəsiz yerinə yetirmək, ixtisasını daim təkmilləşdirmək;
Yanğın texniki ləvazimatları və cihazları saz və təmiz saxlamaq, təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
Növbər rəisi və aqreqatlar maşinisti məzuniyyətdə olduqda, həmçinin vəzifə səlahiyyətlərini icra edə bilmədiyi digər hallarda onları əvəz etmək;
Rəhbərlik tərəfindən verilən digər əmr və göstərişləri yerinə yetirmək.
Tələblər
Müvafiq sahə üzrə təcrübə arzu olunandır.
Təhsil səviyyəsi: Orta təhsil
Hərbi mükəlləfiyyətli;
Yanğınsöndürən mayelərin xüsusiyyətləri, yanğın aqreqatlarından istifadə bacarığı;
Əməyin mühafizəsi, yanğından mühafizə üzrə norma və qaydalar
Təxirəsalınmaz ilkin tibbi yardım qaydaları;
Fərdi mühafizə vasitələrindən istifadə qaydaları, yanğınsöndürən avadanlıqların xüsusiyyətləri və onlardan istifadə qaydaları;
Diqqətlilik, şifahi ifadə, peşəkar ehtiyatlılıq;
ADY-nin daxili nizam-intizam qaydaları.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#4887
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+