Yanğından mühafizə və xəbərdarlıq sistemləri üzrə mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 9 aprel 2026
Təsvir
Şirkətimiz yanğın təhlükəsizliyi sistemlərinin düzgün və fasiləsiz işləməsini təmin edəcək Yanğın sistemləri üzrə mühəndis axtarır. Namizəd yanğın söndürmə və yanğın xəbərvermə sistemlərinin texniki vəziyyətinə nəzarət edəcək, mütəmadi yoxlamalar və testlər həyata keçirəcək, nasazlıqları operativ şəkildə aradan qaldırılmasını təmin edəcək. O, həmçinin sistemlərin normativ tələblərə uyğun istismarını və texniki hesabatların hazırlanmasını təmin edəcək.
Yanğın sulu söndürmə sistemlərinin (sprinkler, daxili və xarici hidrant, köpüklü su sistemləri və s.) texniki vəziyyətinə nəzarət;
Sistem parametrlərinin (təzyiq, su səviyyəsi və s.) monitorinqi və normativ həddə saxlanılmasının təmin edilməsi;
Sprinkler və yanğın hidrant sistemlərinin dövri yoxlanılması və texniki xidmətinin təşkil edilməsi;
Nasos stansiyalarının (elektrik və dizel nasoslar) aylıq və illik testlərinin təşkilinə və icrasına nəzarət;
Təzyiq, axın və sızma testlərinin aparılması və nəticələrin sənədləşdirilməsi;
Yanğın nasoslarının avtomatik işə düşmə sistemlərinin yoxlanılması;
Boru xətləri, su çənləri, nasos stansiyaları və digər avadanlıqların normativ tələblərə uyğun vəziyyətdə saxlanılmasına nəzarət;
Yanğın xəbərvermə sistemlərinin (detektor, siren, modul və s.) işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi;
Sistem testlərinin aparılması və texniki xidmət proseslərinin təşkil edilməsi;
Texniki hesabatların, aktların və sınaq protokollarının hazırlanması;
Podratçı şirkətlərlə texniki koordinasiyanın aparılması və işlərin keyfiyyətinə nəzarət.
Tələblər
Elektrik mühəndisliyi, Mexanika mühəndisliyi və ya Avtomatika üzrə ali təhsil;
Yanğın söndürmə və yanğın xəbərvermə sistemləri üzrə texniki biliklər;
NFPA, EN və Azərbaycan Respublikasının yanğın təhlükəsizliyi normativləri üzrə biliklər;
Yanğın sulu söndürmə sistemlərinin texniki baxışı və istismarı üzrə təcrübə;
Yanğın xəbərvermə sistemləri və FACP panelləri ilə işləmək bacarığı;
Texniki sxemləri oxuma və sistemlərin diaqnostikasını aparmaq bacarığı;
Problemləri operativ analiz və həll etmə bacarığı;
Texniki hesabatların hazırlanması və sənədləşmə bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
Facility Management Group
Other
Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11174
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+