Daşınmaz əmlakın satışı üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 12 aprel 2026

Təsvir

Şirkətimiz premium seqment üzrə daşınmaz əmlakların satışını həyata keçirəcək satış mütəxəssisi axtarır. Namizəd müştərilərin ehtiyaclarını müəyyən edəcək, uyğun obyektləri təqdim edəcək və satış prosesini tam şəkildə idarə edəcək. Əsas məqsəd müştəri məmnuniyyətini təmin etmək və satış hədəflərinə nail olmaqdır.

  • Premium yaşayış mənzillərinin və digər daşınmaz əmlak obyektlərinin təqdimatı və satışı;

  • Müştərilərlə güclü əlaqələrin qurulması və onların daşınmaz əmlak ehtiyaclarının müəyyən edilməsi;

  • Satış prosesinin tam idarə olunması (görüşlər, baxışlar, danışıqlar, müqavilə mərhələsi);

  • Satış sənədlərinin hazırlanması və prosedurların icrasına nəzarət;

  • Müştəri bazasının genişləndirilməsi və bazar araşdırmasının aparılması.

Tələblər

  • İqtisadiyyat, Biznesin idarə edilməsi, Kommersiya, Marketinq və ya digər uyğun sahələr üzrə ali təhsil;

  • Daşınmaz əmlak satışı və ya premium müştərilərlə iş sahəsində minimum 2 il təcrübə;

  • Müştərilərlə etibarlı münasibət qurmaq və yüksək ünsiyyət bacarığı;

  • Azərbaycan dilini səlis bilmək ( rus və ingilis dillərini bilməsi arzu olunandır);

  • CRM sistemləri və MS Office proqramları ilə işləmək bacarığı;

  • Satış hədəfləri ilə işləmək və nəticəyönümlü olmaq.

Necə Müraciət Etmək Olar

Facility Management Group

Facility Management Group

Other

Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11171

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Yanğından mühafizə və xəbərdarlıq sistemləri üzrə mühəndis

Tam Ştat

Şirkətimiz yanğın təhlükəsizliyi sistemlərinin düzgün və fasiləsiz işləməsini təmin edəcək Yanğın sistemləri üzrə mühəndis axtarır. Namizəd yanğın söndürmə və yanğın xəbərvermə sistemlərinin texniki vəziyyətinə nəzarət edəcək, mütəmadi yoxlamalar və testlər həyata keçirəcək, nasazlıqları operativ şəkildə aradan qaldırılmasını təmin edəcək. O, həmçinin sistemlərin normativ tələblərə uyğun istismarını və texniki hesabatların hazırlanmasını təmin edəcək. Yanğın sulu söndürmə sistemlərinin (sprinkler, daxili və xarici hidrant, köpüklü su sistemləri və s.) texniki vəziyyətinə nəzarət; Sistem parametrlərinin (təzyiq, su səviyyəsi və s.) monitorinqi və normativ həddə saxlanılmasının təmin edilməsi; Sprinkler və yanğın hidrant sistemlərinin dövri yoxlanılması və texniki xidmətinin təşkil edilməsi; Nasos stansiyalarının (elektrik və dizel nasoslar) aylıq və illik testlərinin təşkilinə və icrasına nəzarət; Təzyiq, axın və sızma testlərinin aparılması və nəticələrin sənədləşdirilməsi; Yanğın nasoslarının avtomatik işə düşmə sistemlərinin yoxlanılması; Boru xətləri, su çənləri, nasos stansiyaları və digər avadanlıqların normativ tələblərə uyğun vəziyyətdə saxlanılmasına nəzarət; Yanğın xəbərvermə sistemlərinin (detektor, siren, modul və s.) işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi; Sistem testlərinin aparılması və texniki xidmət proseslərinin təşkil edilməsi; Texniki hesabatların, aktların və sınaq protokollarının hazırlanması; Podratçı şirkətlərlə texniki koordinasiyanın aparılması və işlərin keyfiyyətinə nəzarət.