Xəzinədar (müvəqqəti)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 13 may 2026

Təsvir

Komandamıza dekret məzuniyyəti dövrü üçün məsuliyyətli və diqqətli Xəzinadar axtarırıq. Bu rol gündəlik maliyyə əməliyyatlarının düzgün və vaxtında icrasını təmin etmək baxımından vacibdir.

Əsas vəzifələr:

  • Kassa əməliyyatlarının aparılması və gündəlik nəzarət

  • Bank əməliyyatlarının icrası, ödənişlərin hazırlanması və üzləşdirilməsi

  • 1C proqramında mühasibat yazılışlarının düzgün aparılması

  • Kassa və bank sənədlərinin hazırlanması və arxivləşdirilməsi

  • Gündəlik maliyyə əməliyyatlarına və hesabatlara dəstək

  • Uyğunsuzluqların aşkar edilməsi və vaxtında məlumatlandırma

Tələblər

  • Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili

  • Müvafiq sahədə ilkin iş təcrübəsi üstünlükdür

  • 1C proqramı üzrə biliklər

  • Kassa və bank əməliyyatları üzrə anlayış

  • MS Excel proqramı üzrə baza biliklər

  • Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət

  • Komandada işləmək və öyrənmək bacarığı

Biz nə təklif edirik:

  • Peşəkar və dəstəkçi iş mühiti

  • Təcrübə qazanmaq və inkişaf imkanları

  • Sabit və strukturlaşdırılmış iş prosesi

  • Gələcəkdə daimi iş imkanının yaranma ehtimalı

Əgər siz maliyyə sahəsində karyeranıza başlamaq və ya inkişaf etdirmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Xəzinədar" qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərsinlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13790

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə