Ana Səhifə
Vakansiyalar

Xərclərə nəzarət üzrə mütəxəssis (İnşaat üzrə)

Xərclərə nəzarət üzrə mütəxəssis (İnşaat üzrə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 29 aprel 2026

Son Tarix: 28 may 2026

Təsvir

Xərclərə nəzarət üzrə mütəxəssis təşkilatın maliyyə resurslarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə xərclərin planlaşdırılması, monitorinqi və təhlili ilə məşğul olur. Onun əsas vəzifəsi şirkətin büdcəsinə uyğun şəkildə xərclərin həyata keçirilməsinə nəzarət etmək, artıq və ya lazımsız xərclərin qarşısını almaq, eləcə də rəhbərliyi vaxtaşırı hesabatlarla təmin etməkdir.

Vəzifə öhdəlikləri:

  • Layihə büdcələrinin hazırlanmasında və yenilənməsində iştirak etmək

  • Planlaşdırılmış smeta ilə faktiki xərcləri müntəzəm müqayisə etmək

  • Xərc kənarlaşmaları (cost variance) analiz etmək və səbəblərini müəyyən etmək. Əgər varsa «lessen and learn» tətbiq edərək növbəti layihələrdə bu tipli səhvlərə yol verməmək

  • Layihənin aylıq və həftəlik xərc hesabatları təqdim etmək.

  • Layihənin cash flow və büdcə icrasını izləmə

  • Podratçılarla müqavilə imzalanmamışdan əvvəl qiymət təkliflərini mövcüd büdcə ilə müqayisə edərək lazımı pozisyalarda endirim və ya düzəliş etmək üçün danışıqların aparılmasını təşkil etmək

  • Qiymət Müqayisə Cədvəlində funkisyonal səvhlərin aradan qaldırılmasınını təmin etmək və bazar qiymətləri ilə verilmiş qiymətlər toplusunda qarşılaşdırma edərək yekun maliye hesabatı etmək

  • Variation analiz elemək,

  • CMI – (Change Order ) sənədlərini yoxlamaq və təşkil etmək prosesi

  • Ehtiyac yarandıqda Tender Evaluation  cədvəlinin tətbiqi ilə tender iştirakçılarının qiymətləndirilməsini təmin etmək.

  • İPC və FPC lərin yoxlanılması

  • Digər lazımı tapşırıqları yerinə yetirilməsi

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə);

  • Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;

  • Xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində nəzəri biliklər;

  • Tikinti və sahəsində minimum 1 il iş təcrübəsi vacibdir;

  • Məntiqi və analitik düşüncə;

  • 1C 8.3 proqramı ilə işləmə təcrübəsi;

  • MS Office proqramları biliyi (xüsusilə Excel).

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)

  • İş vaxtı: 09:00-18:00

  • Könüllü tibbi sığorta

  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xərclərə nəzarət üzrə mütəxəssis” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15329

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Satınalma üzrə mütəxəssis (İnşaat üzrə)

Tam Ştat

Müəssisənin ehtiyac duyduğu malların, iş və xidmətlərin vaxtında, səmərəli və büdcəyə uyğun şəkildə satın alınmasını həyata keçirir, həmçinin satınalma prosesinin planlaşdırılması, təchizatçıların seçilməsi və müqavilələrin hazırlanmasında iştirak edir. Vəzifə öhdəlikləri: Şirkətin ehtiyaclarına uyğun mal və xidmətlərin satınalma prosesini planlamaq və icra etmək Tender prosesinin koordinasiyasını təmin etmək Təchizatçı bazasının araşdırılması, yeni təchizatçıların cəlb olunması və mövcud təchizatçılarla əlaqələrin idarə olunması Təkliflərin (commercial offers) toplanması, müqayisəli təhlilin aparılması və ən optimal variantın seçilməsi Qiymət danışıqlarının aparılması və sərfəli müqavilə şərtlərinin əldə olunması Müqavilələrin hazırlanmasında iştirak etmək, şərtlərin icrasına nəzarət etmək Satınalma prosesində büdcəyə uyğunluğun təmin edilməsi və xərclərin optimallaşdırılması Mal və xidmətlərin vaxtında və keyfiyyətə uyğun şəkildə təhvil alınmasına nəzarət etmək Tender və satınalma prosedurlarının şirkət siyasətlərinə və qanunvericiliyə uyğun aparılmasını təmin etmək Daxili şöbələrlə koordinasiyalı işləmək Satınalma və tender prosesləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi Bazar qiymətlərinin monitorinqi və risklərin qiymətləndirilməsi Alternativ məhsul və təchizat həllərinin araşdırılması və təklif edilməsi

Keyfiyyətin təminatı və Keyfiyyətə nəzarət üzrə menecer (İnşaat sahəsi üzrə)

Tam Ştat

Şirkətdə keyfiyyət standartlarının tətbiqi və saxlanılması prosesinə rəhbərlik edir, prosedurların və iş axınının tələblərə uyğunluğunu qiymətləndirir və keyfiyyət nəzarəti üzrə komandaların fəaliyyətini koordinasiya edir. Layihə proseslərində uyğunsuzluqları müəyyən edir, onların aradan qaldırılması üçün düzəldici və qabaqlayıcı tədbirlər hazırlayır. Bundan əlavə, keyfiyyət göstəricilərinin analizi, daxili sertifikasiya proseslərinə dəstək və rəhbərliyə keyfiyyətin ümumi vəziyyəti ilə bağlı müntəzəm hesabatların təqdim edilməsi onun əsas öhdəliklərinə daxildir. Vəzifə öhdəlikləri: Şöbənin təşkilati strukturunun və funksional modelinin formalaşdırılması, optimallaşdırılması və davamlı inkişafının təmin edilməsi; Resurs və iş yükü bölgüsünün səmərəli idarə edilməsi; Şöbə əməkdaşlarının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsini aparmaq; Keyfiyyət İdarəetmə Sistemi (KİS) üzrə strategiyaların, fəaliyyət planlarının və hesabatların hazırlanması və icrasına nəzarət; Keyfiyyət məqsədlərinin və proses göstəricilərinin müəyyən edilməsi, monitorinqi və rəhbərliyə analitik hesabatların təqdim edilməsi; Uyğunsuzluqların, risklərin və qarşısının alınması fəaliyyətlərinin idarə olunması; KİS üzrə daxili və xarici auditlərin planlaşdırılması, koordinasiyası və nəticələrinin təhlili; Rəhbərliyin təhlili üçün zəruri məlumatların toplanması və iclaslarda iştirak; Keyfiyyət sisteminin davamlı təkmilləşdirilməsi üçün tələb olunan resursların müəyyənləşdirilməsi və təminatının izlənməsi; Daxili və xarici tərəfdaşlarla keyfiyyətlə bağlı iclasların təşkili, aparılması və kommunikasiya proseslərinin idarə olunması; Sənədləşmənin, hesabatların və prosedurların qanunvericilik tələblərinə və təşkilatın normativ aktlarına uyğunluğuna nəzarət; Şirkətin fəaliyyətində aşkar olunan uyğunsuzluqların və proses boşluqlarının aradan qaldırılmasını təmin etmək və inkişaf təklifləri irəli sürmək.