Satınalma üzrə mütəxəssis (İnşaat üzrə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 aprel 2026
Son Tarix: 17 may 2026
Təsvir
Müəssisənin ehtiyac duyduğu malların, iş və xidmətlərin vaxtında, səmərəli və büdcəyə uyğun şəkildə satın alınmasını həyata keçirir, həmçinin satınalma prosesinin planlaşdırılması, təchizatçıların seçilməsi və müqavilələrin hazırlanmasında iştirak edir.
Vəzifə öhdəlikləri:
Şirkətin ehtiyaclarına uyğun mal və xidmətlərin satınalma prosesini planlamaq və icra etmək
Tender prosesinin koordinasiyasını təmin etmək
Təchizatçı bazasının araşdırılması, yeni təchizatçıların cəlb olunması və mövcud təchizatçılarla əlaqələrin idarə olunması
Təkliflərin (commercial offers) toplanması, müqayisəli təhlilin aparılması və ən optimal variantın seçilməsi
Qiymət danışıqlarının aparılması və sərfəli müqavilə şərtlərinin əldə olunması
Müqavilələrin hazırlanmasında iştirak etmək, şərtlərin icrasına nəzarət etmək
Satınalma prosesində büdcəyə uyğunluğun təmin edilməsi və xərclərin optimallaşdırılması
Mal və xidmətlərin vaxtında və keyfiyyətə uyğun şəkildə təhvil alınmasına nəzarət etmək
Tender və satınalma prosedurlarının şirkət siyasətlərinə və qanunvericiliyə uyğun aparılmasını təmin etmək
Daxili şöbələrlə koordinasiyalı işləmək
Satınalma və tender prosesləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Bazar qiymətlərinin monitorinqi və risklərin qiymətləndirilməsi
Alternativ məhsul və təchizat həllərinin araşdırılması və təklif edilməsi
Tələblər
Ali təhsil (İnşaat, İqtisadiyyat, Menecment və ya digər aidiyyatı sahələr üzrə);
Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
Bina, otel və s. tipli inşaat şirkətlərində minimum 3 il iş təcrübəsi;
Məsuliyyətli və detallara diqqətli olmalıdır;
MS Office, həmçinin 1C proqramlarını bilməlidir;
Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
Əmək şəraiti:
Pozitiv və dəstəkləyici iş mühiti
İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı: 09:00-18:00
3 ay sınaq müddətindən sonra könüllü tibbi sığorta
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
AZCD Group QSC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14212
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə