Xərclərə nəzarət üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 13 aprel 2026
Təsvir
Vəzifə Öhdəlikləri:
Büdcə Planlaması: Layihə büdcəsinin hazırlanması və xərclərin real vaxt rejimində izlənilməsi;
Kənarlaşma Analizi: Faktiki xərclərin büdcədən kənarlaşma analizinin (Variance Analysis) aparılması və səbəblərinin araşdırılması;
Hesabatlılıq: Aylıq, rüblük və illik maliyyə hesabatlarının (Cost Reports) yüksək dəqiqliklə hazırlanması;
İnvoys Kontrolu: Podratçı və təchizatçılardan daxil olan invoysların layihə büdcəsinə və fiziki yerinə yetirməyə uyğunluğunun yoxlanılması;
Optimallaşdırma: Layihənin gəlirliliyini artırmaq üçün xərclərin optimallaşdırılması və qənaət imkanları barədə təkliflərin verilməsi;
Koordinasiya: Sahə mühəndisləri və satınalma komandası ilə sıx əməkdaşlıq edərək material sərfinə və xidmət xərclərinə nəzarət;
Monitorinq: Maliyyə göstəricilərinin mütəmadi monitorinqi və səmərəlilik təşəbbüslərinə dəstək verilməsi.
Namizədə dair Tələblər:
Təhsil: Maliyyə, İqtisadiyyat və ya İnşaat mühəndisliyi sahəsində ali təhsil;
Təcrübə: Tikinti sektorunda xərc nəzarəti (Cost Control) və ya büdcələmə sahəsində ən azı 3 il iş təcrübəsi;
Texniki Biliklər: Tikinti xərclərinə nəzarət, beynəlxalq büdcələmə standartları və prosesləri üzrə dərin biliklər;
Proqram Bilikləri: * MS Office (xüsusilə Excel – mürəkkəb formulalar və hesabatlar üçün) yüksək səviyyədə; AutoCAD proqramında layihə oxuma və analiz bacarığı;
Analitika: Güclü analitik təfəkkür, detallara qarşı diqqət və problem həll etmə bacarığı;
Dil Bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (arzuolunandır);
Yaş həddi: 33 – 55 yaş.
İş Şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi (Həftədə 2 gün istirahət);
Əmək haqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin ediləcək
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Xərclərə nəzarət üzrə mütəxəssis” qeyd etməklə qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Amina and S Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11052
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə