Smeta üzrə mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 13 aprel 2026
Təsvir
Vəzifə və öhdəliklər:
Obyektin layihələndirmə tələblərini bilmək
Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı
Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi
Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
Sahələrdən gələn texniki hesabatların yoxlanması
Layihədəki büdcə risklərin analizi
Mal-material və ya ehtiyac olunan avadanlıqların hesabatının aparılması
Tikinti zamanı hazırlanan akt və jurnalların aidiyyəti üzrə təmin edilməsi
Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək
Layihə-smeta sənədlərinin aidiyyatı üzrə dövlət qurumlarından müvafiq razılaşdırmaların və rəylərin alınmasında iştirak etmək həmçinin prosesə uyğun iş tamamlananadək işləməsinə nəzarət etmək və təsdiq olunması üçün hazırlamaq
İdarənin özünün tikintiləri üçün, podrat təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək; Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması
Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək
Tələblər
Təhsil: İnşaat mühəndisliyi üzrə ali təhsil
AzərTikintiNormativləri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma ,Tikinti qanunvericiliyi və tikinti Normaları və Qaydaları dair biliklərin olması
Azərbaycan Respublikası Tikinti norma və qaydalarına dair biliklərin olmasıLayihə çertyojləri və texniki spesifikasiyalar əsasında yerinə yetiriləcək işlərin həcmini düzgün təyin etmə bacarığı."
Tikinti-quraşdırma işləri üçün vahid qiymətlərin və müvafiq smetalaşdırma normalarının hesablanması."
Iş təcrübəsi: Aidiyyati sahədə azı 8 il iş təcrübəsi, mülkü, sənaye, mühəndis-komunikassiya,körpü-yol,su-kanalizasiya işlərində təcrübəsi olan
Yaş: 33-55
Azərbaycan dili sərbəst, ingilis dili arzu olunandır;
İş şəraiti
İş şəraiti: Həftədə 2 gün istirahət.
Əmək Haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Smeta üzrə mühəndis” qeyd etməklə qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Amina and S Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11051
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə