Xərclər üzrə mühasib (Cost controller)
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 27 may 2026
Təsvir
Bilməlidir:
Azərbaycan dili (İngilis dili arzuolunandır);
1C programını bilmək üstünlükdür;
Microsoft Office programları: Outlook, Word və Excel
Bacarmalıdır:
Riyazi hesablama aparma, analitik təhliletmə qabiliyyəti.;
Operativ;
Məsuliyyətli
Detallara diqqətli;
Xüsusi tələblər:
Maliyyə, Mühasibat uçotu üzrə ali təhsil
Uyğun sahə üzrə minimum 2 il iş təcrübəsi;
Yaş həddi:25-45 yaş
Vəzifə öhdəlikləri
Əməliyyatların ERP programına daxil edilməsi və təsdiqlənməsi;
Layihələr üzrə xərclərin bölüşdürülməsi və onlara nəzarət;
Bütün şöbələr üzrə ayrı-ayrılıqda ündəlik, həftəlik və aylıq cost hesabatlarının hazırlanması Cost hesabatını təqdim etmək;
Həyata keçirilmiş xərclərin təhlili və onlar üzrə yekun hesabatların hazırlanması;
Büdcə ilə faktiki xərclərin müqayisəsi və fərqlərin analizi
Təchizatçılar ilə mütəmadi üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması;
Qiymət məlumat bazasının (Cost database) hazırlanması və izlənməsi;
Anbar qalıqlarının və inventarın nəzarətdə saxlanılması
Menyu qiymətlərini yazmaq; Menu uzrə reseptlərin maya dəyərinin hesablanması
Aylıq maliyyə və xərc hesabatlarının hazırlanması;
Qida və içkilərin xərclərinin monitorinqi və optimallaşdırılması
İsraf və itkilərin qarşısının alınması üçün tədbirlərin görülməsi
Fakturaların müqavilə şərtlərinə uyğunluğunu yoxlanılması;
Anbar tərəfindən proqrama daxil edilmiş məhsulların Elektron qaimələrlə üzləşdirilməsi və təsdiqlənməsi;
Departament rəhbərləri ilə koordinasiya və məlumat mübadiləsi
İş şəraiti:
İş qrafiki: 5 günlük;
Azərbaycan Respublikası ƏM -nə müvafiq sənədləşmə;
Əmək haqqı: müsahibə əsasında
Nahar və servis şirkət tərəfindən təmin edilir.
Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu.
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Xərclər üzrə mühasib” (Cost controller) qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Fly INN Baku
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14959
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə