Xarici satınalma üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

1.500 AZN-dən

Yerləşdirilib 20 fevral 2026

Son Tarix: 20 mart 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Bazarın təhlili, tələb olunan mal-materialların yerli və xarici bazarda araşdırılması;

  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;

  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;

  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların, danışıqların aparılması;

  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;

  • Təhlillərin aparılması və hesabatların hazırlanması;

  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;

  • Gömrük rəsmiləşdirilməsini həyata keçirilməsi

  • Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;

  • Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması.

Tələblər

  • Ali təhsil (İqtisadi və ya idarə etmə yönümlü);

  • Satın alma və ya təchizat sahəsində minimal 3-5 il iş təcrübəsi;

  • İncoterms və Beynəlxalq Logistika haqqında biliklərinin olması;

  • Kompüter bilikləri - MS Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləməyi bacarmalı;

  • Dil bilikləri: Rus və İngilis dili (Xarici dillərdən birini səlis bilməli)

  • Fəal olması və komandada işləmək bacarığı, işə planlı yanaşması;

  • Yüksək məsuliyyət, operativlik, diqqətcil olmaq, məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;

Əmək Şəraiti:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;

  • 6 günlük iş qrafiki (6cı gün qısa iş qrafiki);

  • İş yeri: Bakı şəhəri, Binəqədi rayon,Binəqədi qəsəbəsi;

  • Nahar şirkət tərəfindən verilir;

  • Əmək haqqı: 1500-2000 AZN (namizədin bilik və bacarıqlarına müvafiq olaraq müəyyənləşdiriləcək);

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9423

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya