Xarici satınalma üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 19 mart 2026
Təsvir
Neft qaz sektorunda təcrübəsi olan Xarici satınalma üzrə mütəxəssis axtarışındayıq.
Vəzifə öhdəlikləri:
Bazarın təhlili, tələb olunan mal-materialların yerli və xarici bazarda araşdırılması;
Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların, danışıqların aparılması;
Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
Təhlillərin aparılması və hesabatların hazırlanması;
Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
Gömrük rəsmiləşdirilməsini həyata keçirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün tələb olunan bütün sənədlər paketinin broker şirkətinə təqdim etmək);
Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
Tenderlərin hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması.
Tələblər
Ali təhsil (İqtisadi və ya idarə etmə yönümlü);
Satın alma və ya təchizat sahəsində minimal 3-5 il iş təcrübəsi;
İncoterms və Beynəlxalq Logistika haqqında biliklərinin olması;
Kompüter bilikləri - MS Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləməyi bacarmalı;
Dil bilikləri: Rus və İngilis dili (danışıqlar və yazışmalar aparacaq səviyyədə);
Fəal olması və komandada işləmək bacarığı, işə planlı yanaşması;
Yüksək məsuliyyət, operativlik, diqqətcil olmaq, məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;
Əmək Şəraiti:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;
5 günlük iş qrafiki (09:00-dan 18:00-dək);
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 202;
Nahar şirkət tərəfindən verilir;
Əmək haqqı: 1500-2000 AZN (namizədin bilik və bacarıqlarına müvafiq olaraq müəyyənləşdiriləcək);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində vakansiyanın adını “Xarici satınalma üzrə mütəxəssis” qeyd edərək, qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Necə Müraciət Etmək Olar
Nobel Elektrik
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9353
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə