Xarici satınalma üzrə mütəxəssis
Bakı
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 19 yanvar 2026
Son Tarix: 3 fevral 2026
Təsvir
Əmək haqqı: 1000 AZN
Əmək haqqı artandır
Karyera yüksəlişi
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:30 – 17:00
İş yeri: 7 mkr, S.S. Axundov küç. 31/23, Union Park
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq, zənglərə baxılmır.
İş haqqında
Yalnız xanım namizəd
Yaş həddi: 22–40
Ali təhsilli (orta ixtisas da qəbul olunur)
İngilis və rus dillərində səlis danışıq qabiliyyəti
MS Office proqramlarından sərbəst istifadə bacarığı (Excel yüksək səviyyədə)
İntizamlılıq, punktuallıq, komandada işləmə bacarığı
İşgüzar ünsiyyət etikası
Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı
Operativlik və analitik düşüncə
Gülərüz və mehriban olmaq
Məqsədyönümlülük.
Tələblər
Məhsul kateqoriyaları üzrə ehtiyac vahidlərini müəyyən etmək və portfeli formalaşdırmaq
Sorğuya əsasən tələb olunan mal-materialların analiz olunması, yerli və xarici bazarlardan məhsulların tapılması
Müştəriyə kommersiya təklifinin göndərilməsi və onun təqibi, müştəridən gələn sifarişə əsasən malların sifariş olunması
Təchizatçılarla müqavilələrin tərtibi, ödənişlərin icrasının izlənməsi və s.
Satınalma, logistika, idxal proseslərində iştirak etmək
Daşınmanı təşkil etmək
Əməkdaşlıq edilən xarici şirkətlərlə yazışmaların aparılması və sifariş olunan mal-materialların çatdırılması
Şirkətdə aparılan satınalma proseslərinin optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürmək
Müdiriyyətin tələbinə müvafiq olaraq satınalma prosesi üzrə hesabatların hazırlanması.
Necə Müraciət Etmək Olar
Uragan Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5803
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə