Xarici Satınalma üzrə Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 14 iyun 2026

Təsvir

  • Xanım namizədlər

  • Xarici satınalma və təchizat sahəsində təcrübə (texniki bilik, avadanlıq, elektrik və elektronik malların və onların ehtiyyat hissələrinin alışı təcrübəsi, beynəlxalq ticarətin əsasları bilməyi şərtdir);

  • İngilis və Rus dillərində yüksək yazı və danışıq bacarığı;

  • İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığı;

  • MS Office proqram biliklərin olması;

  • Bazarı təhlil etmək bacarığı;

  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;

  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları.

Vəzifə öhdəlikləri

  • Təchizatçılar ilə əlaqələrin qurulması;

  • Satınalma sənədlərinin hazırlanması;

  • Satınalma müqavilələrinin hazırlanması;

  • Logistikanın təşkil olunması və izlənməsi;

  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;

  • Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılmasının təşkil olunması;

  • Xarici bazar təkliflərinin müqayisəsi;

  • Xarici və daxili ezamiyyətlərə getməyə hazır olmaq;

  • Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq;

  • Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək;

  • Satınalma müqavilələrini  hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq;

  • Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək

  • Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək

  • Sifariş verilən  malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək;

  • Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq;

  • Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq.

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə - 0503932330 Coşqun bəy

Necə Müraciət Etmək Olar

Rortvest Safety uniform

Rortvest Safety uniform

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18315

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə