Xarici satınalma üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 25 iyun 2026
Təsvir
Namizədə olan tələblər:
Ali təhsil;
Satınalma sahəsində 1-3 il iş təcrübəsi;
Azərbaycan dili səlis, rus dili əla, ingilis dili yaxşı səviyyədə olmalı;
Yüksək səviyyədə MS Office və 1C proqram biliyi.
Vəzifə öhdəlikləri:
Satınalma sifarişlərinin qəbulu və icra edilməsi;
Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılması;
Satınalması tələb olunan məhsulun bazarda ən münasib qiymətə və keyfiyyətdə əldə olunmasının təmin edilməsi;
Tender və ya qiymətinin müəyyən olunması üçün qiymət sorğularının keçirilməsi;
Tədarükçünün seçilməsi və qiymətləndirilməsi üçün müqayisə cədvəllərinin (Bids Summary) hazırlanması və təqdim edilməsi;
Tədarükçülərlə müqavilələrin bağlanılması və şərtlərinin müəyyən edilməsində iştirak;
Müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icrasına nəzarət edilməsi;
Satınalma uçotunun aparılması üçün 1C proqramında tələb olunan əməliyyatların icra edilməsi;
Malların tədarükçüdən təhvil alınması və ofis/anbara təhvil verilməsi;
Bölmə daxili müvafiq hesabatların hazırlanaraq rəhbərə təqdim edilməsi və vaxtı-vaxtında yenilənməsi.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
Karyera inkişafı imkanları;
İş yeri: Bakı, Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xarici satınalma üzrə mütəxəssis” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmək
və ya https://careers.ram.az/?vacancy=2435&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Aqrar İnnovasiya və Təchizat Şirkəti
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17579
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə