Xarici satınalma üzrə mütəxəssis

Bakı

Tam Ştat

Orta Səviyyə

1.000 AZN-dən

Yerləşdirilib 14 may 2026

Son Tarix: 21 iyun 2026

Təsvir

Xarici Satınalma üzrə Mütəxəssis

Şirkət haqqında: Şirkətimiz mebel, kafel-metlax və santexnika məhsullarının satışı üzrə bazarda aparıcı mövqe tutur. Genişlənən fəaliyyətimizlə əlaqədar olaraq, Xarici Əlaqələr şöbəsinə dinamik, danışıqlar aparmaq qabiliyyəti yüksək və tədarük zənciri sahəsində təcrübəli komanda üzvü axtarırıq.

İş şəraitimiz:

İş qrafiki: Həftə içi 5 gün, 09:00 dan–18:00 dək.

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq (rəqabətqabiliyyətli məbləğ).

CV-ləri maliyye@rich.az e-maila gondərin

Whatsapp: 055-333-44-94

İş haqqında

Təhsil: Ali təhsil (İqtisadiyyat, Beynəlxalq münasibətlər və ya Logistika sahəsində olması üstünlükdür).

Təcrübə: Satınalma və ya xarici iqtisadi əlaqələr sahəsində minimum 2-3 il iş təcrübəsi (Tikinti materialları və ya mebel sektoru üzrə təcrübə böyük üstünlükdür).

Dil bilikləri: Azərbaycan, İngilis və Rus dillərini mükəmməl səviyyədə bilmək (Yazılı və şifahi ünsiyyət mütləqdir).

Proqram bilikləri: MS Office (xüsusilə Excel) və 1C proqramı ilə işləmək bacarığı.

Şəxsi keyfiyyətlər: Analitik düşünmə, gərgin iş qrafikində işləmək qabiliyyəti və yüksək kommunikasiya bacarığı.

Tələblər

Xarici bazarın araşdırılması: Yeni tədarükçülərin tapılması, məhsul çeşidinin analizi və qiymət araşdırmasının aparılması.

Danışıqların aparılması: Xarici tərəfdaşlarla yazışmaların edilməsi, müqavilə şərtlərinin (qiymət, ödəniş, çatdırılma) şirkət üçün ən əlverişli formada razılaşdırılması.

Sifarişlərin idarə edilməsi: Satınalma sifarişlərinin (PO) yaradılması və məhsulun istehsalından anbara daxil olmasına qədər olan bütün prosesin izlənilməsi.

Logistika və Gömrük: Beynəlxalq daşımaların təşkili üçün nəqliyyat şirkətləri ilə əlaqə saxlanılması və gömrük sənədləşməsinə nəzarət.

Hesabatlılıq: Satınalma prosesləri və xərclər barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.

Necə Müraciət Etmək Olar

RİCH GROUP MMC

RİCH GROUP MMC

Other

RİCH GROUP MMC Azərbaycanda fəaliyyət göstərən və müxtəlif biznes istiqamətlərini birləşdirən şirkətdir. Şirkət əsasən pərakəndə satış, distribüsiya və xidmət sahələrində fəaliyyət göstərərək yerli bazarda geniş məhsul və xidmət portfeli ilə çıxış edir. RİCH GROUP müştərilərə keyfiyyətli məhsul təqdim etmək və operativ xidmət göstərmək prinsipini əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirib. Şirkət fəaliyyətində müştəri məmnuniyyəti, effektiv idarəetmə və davamlı inkişaf prinsiplərini ön planda saxlayır. RİCH GROUP MMC bazarın tələblərinə uyğun olaraq yeni tərəfdaşlıqlar qurmağa, məhsul çeşidini genişləndirməyə və daxili əməliyyat proseslərini təkmilləşdirməyə fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16449

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

11-50

Bu Şirkətdən Daha Çox Vakansiya