Xaricdə təhsil üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 29 aprel 2026

Son Tarix: 28 may 2026

Təsvir

Xaricdə təhsil sektorunda ön sıralarda olan AID Group  “Xaricdə təhsil üzrə mütəxəssis”  vakansiyasına - fərdi inkişafına önəm verən, korporativ mühitdə işləmə bacarığı olan və ingilis dilini ən az B2 səviyyəsində bilən əməkdaşlar axtarır!

  • Xaricdə yerləşən təhsil müəssisələri üzrə araşdırmanın aparılması, müraciət edilməsi və qəbulun alınması, eləcə də viza müraciəti və təhsil müəsissələri ilə əməkdaşlıq. (Hər biri şirkət tərəfindən öyrədiləcəkdir)

  • Xaricdə təhsil sahəsi haqqında təlimlər

  • Fərqli ölkələrin təhsil, mədəniyyət, qəbul şərtləri haqqında məlumatlandırıcı sessiyalar

  • Fərqlənən əməkdaşlar üçün Referans və ya Rekommendasiya məktubu

  • Dinamik vəzifə artımı imkanı

  • Əmək haqqı müsahibə əsasında müəyyən olunacaqdır.

  • Aylıq bonuslar

Tələblər

  • B1-B2 səviyyəsində İngilis dili biliyi

  • İş mühitinə adaptasiya edə bilmə bacarığı

  • Araşdırma, kommunikasiya bacarıqlarının yüksək olması

  • Komandada işləmə bacarığı

Həftənin 6 günü 10:00 - 19:00

Vəzifə öhdəlikləri

  • Xarici universitetlərlə effektiv danışıqların aparılması

  • Universitetlə tələbələr arasında düzgün kommunikasiyanın təmin olunması

  • Universitetlərlə bağlı lazımı araşdırmaların aparılması və sənəd siyahısının hazırlanması

  • Tələbənin təhsil göstəricilərinə uyğun universitet siyahısının hazırlanması

  • Universitetlərə müraciətlərin başlama, bitmə vaxtlarını izləmək və vaxtında müraciətləri tamamlanması

  • Universitetlərə müraciət portallarında düzgün və dəqiq formada əməliyyatların aparılması

  • Qəbul almış tələbələrin universitet qeydiyyatının aparılması

  • Motivasiya və tövsiyə məktubunun yazılması

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15317

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə