Xaricdə təhsil üzrə mütəxəssis
Bakı,, Xətai
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 31 may 2026
Təsvir
Biz kimik?
Knight Academy - Bakıda sürətlə böyüyən ingilis dili və xaricdə təhsil mərkəzidir. IELTS, Alman dili, General English və peşəkar xidmətlərimizlə tələbələrimizə dünyada öz yollarını tapmaqda kömək edirik. Komandamız kiçikdir, lakin hər addımda keyfiyyəti ön plana çəkirik. İndi xaricdə təhsil bölməmizi genişləndiririk və bu missiyaya inamlı bir peşəkar axtarırıq.
Sizi nə gözləyir?
Bu sadə bir ofis vəzifəsi deyil. Siz Knight Academy-nin xaricdə təhsil istiqamətinin əsas sütunu olacaqsınız. Tələbələrin həyatında real dəyişiklik yaradan qərarlar qəbul edəcəksiniz, hansı universitetə, hansı ölkəyə, hansı proqrama. Çin, Kanda, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Macarıstan, Türkiyə, Böyük Britaniya və digər istiqamətlər üzrə tələbə axınını siz idarə edəcəksiniz. Nəticəyə görə mükafatlandırılacaqsınız.
Vəzifə öhdəlikləri
Tələbələrə xaricdə təhsil imkanları barədə peşəkar məsləhət vermək (ölkə, universitet, proqram, xərc)
Hər tələbə üçün fərdi plan hazırlamaq: müraciət müddətləri, tələb olunan sənədlər, müsahibəyə hazırlıq
Müraciət prosesini başdan sona koordinasiya etmək (sənədlərin yığılması, ərizənin göndərilməsi, nəticənin izlənməsi)
Tərəfdaş xarici müəssisələr və sub-agent şirkətlərlə daimi əlaqə saxlamaq
Yeni xarici tərəfdaşlarla birbaşa əməkdaşlıq müzakirəsi aparmaq
Tələbə bazasını aktual saxlamaq, həftəlik hesabat hazırlamaq
Tələblər
Xaricdə təhsil, tələbə yerləşdirmə və ya beynəlxalq təhsil sahəsində minimum 1 il iş təcrübəsi
Azərbaycan dili — ana dili; ingilis dili — B2 və yuxarı
Tələbə ilə də, xarici tərəfdaşla da eyni səviyyədə ünsiyyət qura bilmək
Müddətlərə riayət, öhdəlikləri yerinə yetirmə
Yüksək empati və məsuliyyət hissi: tələbənin uğuru sizin uğurunuzdur
Əlavə üstünlük: Macarıstan (Stipendium Hungaricum), Türkiyə, Gürcüstan, Çexiya və ya Böyük Britaniya istiqamətlərində təcrübə; viza prosedurları ilə tanışlıq; sosial media vasitəsilə tələbə cəlbi; rus dili bilikləri.
Biz nə təklif edirik?
Rəqabətli sabit maaş — təcrübəyə uyğun, müsahibədə razılaşdırılır
Komissiya sistemi — hər uğurlu yerləşdirmə üçün əlavə ödəniş
Real karyera imkanı — siz bu bölməni sıfırdan qurursunuz; böyümə üçün tam meydan açıqdır
Beynəlxalq şəbəkə — dünya universitetləri və müəssisələri ilə birbaşa işləmək imkanı
Sağlam iş mühiti — biz bir-birinə hörmət edən, dəstəkləyən və nəticəyə birlikdə çatan komandayıq. Burada toksik mühit yox, aydın hədəflər, qarşılıqlı inam və peşəkar inkişaf var
Əlverişli məkan — Xətai metrosu və Dəmirçi Plazanın yanında, hər yerdən asanlıqla çatmaq mümkündür
Yalnız ciddi namizədlər dəvət olunur. Bütün müraciətlər məxfi saxlanılır.
Necə Müraciət Etmək Olar
Knight Academy
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14575
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə