Ana Səhifə
Vakansiyalar

Xaricdə təhsil üzrə mütəxəssis

Xaricdə təhsil üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 mart 2026

Son Tarix: 6 aprel 2026

Təsvir

Cleverest Academy komandası böyüyür!

Xaricdə təhsil üzrə güclü və təşəbbüskar mütəxəssis axtarırıq.

Bizim üçün bu rol sadəcə universitetlərlə işləmək deyil. Axtardığımız namizəd həm tələbələrlə peşəkar işləməyi bacarmalı, həm də universitetləri sosial mediada düzgün, aydın və maraqlı şəkildə təqdim etməyi bacarmalıdır.

Vəzifə öhdəlikləri:

  • Xaricdə təhsil üzrə aktiv satış və təqdimat bacarıqları

  • Tələbələrə proqram seçimi ilə bağlı peşəkar məsləhətlərin verilməsi

  • Qəbul və sənədləşmə prosesinin idarə olunması

  • Universitetlər haqqında məlumatların sosial media üçün sistemli və anlaşılan formada hazırlanması

  • Yeni ideyalar təklif etmək və proseslərin inkişafına töhfə vermək

Axtardığımız namizəd:

  • İngilis dili biliyi mütləqdir (rus dili biliyi arzuolunandır)

  • Minimum 1 il iş təcrübəsi

  • Məlumatı qısa, dəqiq və anlaşılan şəkildə təqdim etmə bacarığı

  • Ünsiyyətcil, səliqəli və enerjili xanım namizəd

  • Problem həll etmə bacarığı güclü olan, təşəbbüskar və daim yeni ideyalarla çıxış edən biri

Qeyd:

  • Tələbələrin müraciəti qəbul edilmir.

  • Namizəd şirkətin sosial media hesablarında video paylaşımlarda görünməyə açıq olmalıdır.

İş şərtləri:

  • İş saatı: 10:00 – 18:00

  • Həftə içi 6 gün (Şənbə: 10:00 – 16:00)

  • Əmək haqqı: müsahibə əsasında maaş + bonus sistemi

Əgər özünüzü bu rolda görürsünüzsə və komandamızın bir parçası olmaq istəyirsinizsə, CV-nizi qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Gəlin birlikdə daha çox tələbənin gələcəyini qurmağa kömək edək.

Necə Müraciət Etmək Olar

Cleverest Academy

Cleverest Academy

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10511

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə