Cleverest Academy komandası olaraq, Çin dili sahəsində bilikli, öyrətməyi sevən və tədrisə məsuliyyətlə yanaşan təcrübəli və dinamik müəllim axtarırıq.
Namizəddən gözlənilir:
Fərqli yaş qrupları ilə işləmək bacarığı
Açıqfikirlilik, əməkdaşlığa meyillilik və adaptasiya qabiliyyəti
Tədrisə yaradıcı yanaşmaq və dərs keyfiyyətinə önəm vermək
Çin dilində yüksək səviyyə (HSK üstünlükdür)
Müəllim kimi təcrübə arzuolunandır
Vəzifə öhdəlikləri:
Çin dili dərslərinin planlaşdırılması və keçirilməsi
Tələbələrin inkişafının izlənilməsi və qiymətləndirilməsi
Müasir tədris metodlarının tətbiqi
Tələbələrlə effektiv ünsiyyət qurmaq
Biz təklif edirik:
Sağlam və peşəkar mühit
Əməkdaşlıq və inkişaf imkanları
Qrafik və saatlar qarşılıqlı razılaşma əsasında müəyyən olunur
Maraqlanan şəxslər CV-lərini gösərilən elektron poçt ünvanına göndərə bilər. Əlaqə yalnız seçilmiş namizədlərlə saxlanılacaq.