Voice/IMS sistemləri üzrə Baş Mühəndis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 13 iyun 2026
Təsvir
Biz komandamıza telekommunikasiya şəbəkələrinin dayanıqlığını, performansını və inkişafını təmin edəcək təcrübəli Voice/IMS sistemləri üzrə Baş Mühəndis axtarırıq. Bu rol IMS və səs platformalarının idarə olunması, beynəlxalq səs marşrutlaşdırılması, şəbəkə optimallaşdırılması və kritik insidentlərin idarə olunması istiqamətində strateji və texniki məsuliyyət daşıyır.
IMS platformalarının stabil və yüksək performansla işləməsinin təmin edilməsi
Şəbəkə performans göstəricilərinin (CDR, ASR, ACD, PDD və s.) monitorinqi və təhlili
SIP, SS7 və digər siqnallaşma problemlərinin analizi və aradan qaldırılması
Kritik insidentlərin idarə olunması və nasazlıqların operativ həlli
Sistem yenilənmələri və yeni texnologiyaların (VoIP, VoLTE və s.) inteqrasiyasında iştirak
Beynəlxalq səs marşrutlaşdırılmasının optimallaşdırılması və trafik idarəetməsi
Fraud halların aşkarlanması və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi
Şəbəkə əməliyyatlarının avtomatlaşdırılması və monitorinq sistemlərinin inkişaf etdirilməsi
Vendor və beynəlxalq operatorlarla texniki koordinasiyanın təmin edilməsi
Junior mühəndislərə texniki dəstək və mentorluq göstərilməsi
Tələblər
Telekom və ya şəbəkə sahəsində minimum 5 il iş təcrübəsi
IMS, Softswitch, SBC və media şlüzləri üzrə biliklər
SIP, SS7, SIGTRAN və Diameter protokolları üzrə praktiki təcrübə
IP şəbəkələri, Linux/Unix sistemləri və trafik analiz alətləri üzrə biliklər
Wireshark və monitorinq alətləri (Zabbix, Grafana və s.) ilə işləmə bacarığı
Python, Bash və ya digər skript dilləri üzrə baza biliklər
Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı
Komanda ilə effektiv əməkdaşlıq və yüksək ünsiyyət bacarıqları
İngilis və rus dillərində texniki səviyyədə işləmək bacarığı
VoLTE, VoWiFi, Cloud Core və beynəlxalq operatorlarla iş təcrübəsi üstünlükdür
Necə Müraciət Etmək Olar
Aztelekom
Technology
Aztelekom MMC Azərbaycan Respublikasının milli rabitə operatoru kimi fəaliyyət göstərən telekommunikasiya şirkətidir. Şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətləri təqdim edir. “Aztelekom”un əvvəlki strukturu olan Aztelekom İstehsalat Birliyi 2015-ci ildə yenidən təşkil edilərək MMC formatında fəaliyyətini davam etdirib. Hazırda Aztelekom 57 yerli telekommunikasiya müəssisəsini, eləcə də Beynəlxalq Avtomat Telefon Stansiyası (IATS) və Kabel İnfrastrukturu Xidmət Mərkəzini birləşdirən geniş şəbəkə ilə xidmət göstərir. Şirkət həmçinin keyfiyyət idarəetməsi üzrə ISO 9001:2015 sertifikatı əldə edib və telekommunikasiya/İT sektorunda müxtəlif mükafatlarla təltif olunub.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16054
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+