Ana Səhifə
Vakansiyalar

Video müşahidə üzrə inzibatçı

Video müşahidə üzrə inzibatçı

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 30 aprel 2026

Təsvir

  • Mağazaların gündəlik izlənilməsi;

  • Qarşıya qoyulmuş öhdəliklərin tələb olunan müddət və keyfiyyətdə həyata keçirilməsi;

  • İşçilərinin xidmət keyfiyyətinin yoxlanılması;

  • Şikayət mərkəzindən gələn şikayətlərin araşdırılması;

  • Mağazaların gündəlik yüklənən görüntülərinin yoxlanılması;

  • Departament direktoru və digər əməkdaşların tapşırığına əsasən xüsusi məqsədli yoxlamalarının aparılması.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər, 09:00 - 18:00.

  • Qeyd: Vakansiya əvəzləmə xarakterlidir (1il).

Tələblər

  • Ali təhsil;

  • Səlis Azərbaycan dili biliyi (Rus dil biliyi üstünlükdür);

  • Fəaliyyət göstərdiyi sahədə müvafiq iş təcrübəsi;

  • Microsoft Office – təcrübəli istifadəçi;

  • Excel proqramı üzrə orta səviyyədə biliklərin olması arzu olunandır;

  • Komanda şəklində iş bacarığı;

  • Analitik bacarıqları;

  • Tez öyrənmək və uyğunlaşmaq bacarığı.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15051

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya