Media kanallar üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 27 may 2026
Təsvir
Şöbə rəhbəri və digər əməkdaşlar tərəfindən gələn sorğuya əsasən tv, radio, metro, çöl reklamları üzrə yerləşməsi və büdcəsinin çıxarılması;
Reklam yerləşməsi olunduqdan sonra, yerləşmələrin monitorinqinin keçirilməsi;
Reklam yerləşməsindən sonra hesabatların hazırlanması;
Reklam yerləşməsi zamanı yaranmış qüsurları tez bir zamanda aradan qaldırılması (çöl monitorları, tv və radio kimi reklam kanallarında texniki problemlərin qarşı tərəfə bildirilməsi);
Kampaniyadan sonra yaranmış əlavə xərclər və ya dəyişikliklərin büdcəsinin yenidən təqdim edilməsi;
Əməkdaşlıq edilən podratçıların ödəniş sənətlərini qəbul edilməsi, yoxlanılması və aidiyyatı üzrə yönləndirilməsi;
Bölgələrə səfər edilmısi, yeni mağaza açılışından öncə monitorinqlərin aparılması və yeni reklam qurğularının yerlərinin təyin edilməsi;
Çap olunmuş reklam matreallarını əraziyə çıxaraq keyfiyyətinə nəzarət edilməsi, qüsurlar aşkarlanarsa yaranmış qüsurları aradan qaldırmaq üçün zəzuri tədbirlərin görülməsi.
Tələblər
Ali təhsil;
Səlis azərbaycan dili biliyi, əlavə dil bilikləri üstünlükdür;
Reklam sahəsində minimum 3 il iş təcrübəsi;
Analitik düşünmə və qərarvermə bacarığı;
MS Excel və hesabatlılıq üzrə yaxşı səviyyədə biliklər;
Operativlik, məsuliyyətlilik və detallara diqqət;
Komanda ilə işləmə və effektiv kommunikasiya bacarığı.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15049
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+