Velosiped təmir ustası (mexanik)
Bakı
Tam Ştat
Orta Səviyyə
800 - 1.200 AZN
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 23 mart 2026
Təsvir
TOBA kollektivininə “Velosiped təmir ustası (mexanik)” vakansiyası üzrə yeni əməkdaşlar axtarırıq.
Tələb olunan texniki bilik və bacarıqlar:
Təkər dəyişdirilməsi;
Əyləc sistemləri: V-brake, disk (mexaniki və hidravlik) əyləclərin sazlanması;
Sürətlər sistemi: arxa və ön dəyişdiricilərin (derailleur) tənzimlənməsi
Zəncir dəyişdirilməsi;
Sükan sistemi sazlanması, boşluqların aradan qaldırılması;
Pedal, orta ox (bottom bracket) problemlərinin həlli;
Xüsusi velosiped alətlərindən düzgün istifadə;
Diaqnostika bacarığı: səsi, titrəyişi və davranışı analiz edib problemi tapmaq;
Nəzəri bilik
Velosiped növləri (dağ, yol, şəhər, gravel və s.) arasındakı fərqlər;
Materiallar (alüminium, karbon, polad) və onlara uyğun yanaşma;
Hissələrin uyğunluğu (standartlar, ölçülər);
Tələblər
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 20 - 55
Cins : Kişi
Müştəri ilə ünsiyyət
Müştərinin bildirdiyi problemi düzgün başa düşmək;
Problemi və həll yolunu müştəriyə sadə dildə izah etmək;
Düzgün məsləhət vermək (nə təmir olunsun, nə dəyişdirilsin);
Etibarlılıq və dürüstlük;
Təmiz işləmək, velosipedi səliqəli qaytarmaq;
Vaxtında təhvil vermək;
Təhlükəsizlik qaydalarına riayət;
Şirkət təklif edir:
Mağaza və servis mühitində işləmək;
Təmir və diaqnostika avadanlıqları ilə təmin olunma;
Rəsmi qeydiyyat və əməkhaqqı sistemi;
İş saatları: 10:00-19:00;
Əməkhaqqı: 800 AZN + bonus (İlk ay ödənişli sınaq müddəti: 800 AZN);
İş yeri: Toba mağazası (20 Yanvar filialı)
Qeyd: Namizədlərdən mövzu hissəsində “Toba mexanik” vakansiya adını göstərməklə öz cv-lərini elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.
Necə Müraciət Etmək Olar
Superbox MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8452
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə