Servis operatoru
Bakı
Tam Ştat
Orta Səviyyə
700 - 800 AZN
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 28 mart 2026
Təsvir
Servis mərkəzimizə operator vakansiyası üzrə bəylər işə dəvət olunur.
Təsvir
Servisə gətirilən məhsulun qəbulu, yoxlanılması, sistemə daxil edilməsi və müvafiq sənədləşmənin aparılması.
Təmir prosesi başa çatdıqdan sonra məhsulun müştərilərə (filiallara) təhvil verilməsi və müvafiq sənədləşmənin aparılması.
Müştərilərə təhvil verilən məhsulların vəziyyətini təsdiqləyən sənədlərin imzalanmasını təmin etmək.
Anbarda olan ehtiyat hissələrin giriş-çıxış qeydlərinin aparılması və sistemdə yenilənməsi.
Nağd və nağdsız ödənişləri idarə etmək və müştərilərə ödənişlə bağlı məlumat vermək.
Telefon zəngləri və mesajlara operativ şəkildə cavab vermək, müştərilərə düzgün və dolğun məlumat vermək.
Müştəri şikayətlərini və suallarını qəbul edib, aidiyyəti üzrə yönləndirmək.
Təmir statusu, qiymətlər, xidmətlər və digər məlumatlar barədə müştəriləri məlumatlandırmaq.
Təmir prosesinin bitməsi barədə müştərilərə vaxtında məlumat vermək.
Servis proqramında görülən işlərin düzgün qeydiyyata alınmasını təmin etmək.
Tələblər
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 23 - 38
Cins : Kişi
Ali təhsil (İT, elektronika, elektrik arzuolunandır)
İş yeri: 20 Yanvar (Toba servis mərkəzi)
İş saatı: 10:00-19:00
Əmək haqqı: 700+ bonus (ilk ay 700 AZN - ödənişli sınaq müddəti)
Müraciət etmək istəyənlər CV-lərini “Servis operatoru” başlığı ilə elektron ünvanına göndərsin.
Necə Müraciət Etmək Olar
Superbox MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8989
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə