Utilizasiya üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 mart 2026
Son Tarix: 3 aprel 2026
Təsvir
Utilizasiyaya məruz qalan malları (qaytarılmış, zədələnmiş, likvid olmayan məhsullar) qəbul edib, emal etmək.
Silinmə üçün əsasların informasiya sistemlərində düzgünlüyünü yoxlamaq.
Daxili qaydalara uyğun olaraq məhsulun fiziki utilizasiyasını təmin etmək.
Silinmiş məhsulun yenidən dövriyyəyə daxil olmasının qarşısını almaq.
Silinmə və utilizasiya aktlarını rəsmiləşdirmək.
Əməliyyatları uçot sistemində düzgün şəkildə əks etdirmək.
Utilizasiya həcmi və səbəbləri üzrə uçot aparır və müvafiq hesabatlar təqdim etmək.
Faktiki məhsul qalığının sistem məlumatları ilə uyğunluğunu yoxlamaq.
Aşkarlanmış uyğunsuzluqlar və pozuntular barədə rəhbərliyi məlumatlandırmaq.
Məsuliyyət zonası üzrə inventarizasiya proseslərində iştirak etmək.
Əməyin mühafizəsi, yanğın və ekoloji təhlükəsizlik tələblərinə riayət etmək.
Utilizasiya zonasında nizam-intizamı təmin etmək.
Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək.
İş günləri və saatları: həftə işi 5 gün, 09:00 - 18:00.
Ərazi: Lökbatan (20 Yanvar və Koroğlu metrostansiyalarından servis fəaliyyət göstərir).
Tələblər
Ali və ya orta ixtisas təhsili.
Anbar, logistika, pərakəndə satış və ya qaytarma prosesləri üzrə minimum 1 il iş təcrübəsi.
Qaytarılma prosesləri haqqında bilik.
Məhsulun komplektliyinin və vəziyyətinin yoxlanılması bacarığı.
Sənədlərlə və elektron sistemlərlə işləmə bacarığı.
MS Office proqramlarında (xüsusilə Excell) işləmək bacarığı.
Analitik düşünmə və detallara diqqət.
Problem həll etmə bacarığı.
Azərbaycan dili – sərbəst.
Məsuliyyətlilik və operativlik.
Komandada işləmək bacarığı.
Stressə davamlılıq.
Necə Müraciət Etmək Olar
Birmarket.az
Retail
Birmarket — Azərbaycanın ən böyük elektron ticarət platformalarından biridir və əvvəlcə Umico adı ilə tanınsa da 2025-ci ilin iyulundan etibarən Bir rəqəmsal ekosisteminin tərkib hissəsi olaraq Birmarket brendi altında fəaliyyət göstərir. Platforma on minlərlə məhsulu — elektronika, məişət texnikası, moda, ev əşyaları və daha çox kateqoriyanı — sərfəli qiymətlərlə təqdim edir və 2 milyon-dan çox istifadəçiyə unikal onlayn alış-veriş təcrübəsi yaradır. Birmarket müştərilərə ölkə üzrə 850-dən çox “Gəl-al” təhvil məntəqəsinə kuryer çatdırılması və 24 aya qədər hissə-hissə ödəmə kimi çevik ödəniş imkanları təklif edir. O, Birbank, m10 və MilliÖn kimi xidmətlərlə inteqrasiya olunmuş “Bir” rəqəmsal ekosisteminə daxildir, bu da alış-veriş, ödəniş və xidmətləri vahid rəqəmsal məkanda birləşdirərək istifadəçi təcrübəsini daha da zənginləşdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10422
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+