Ana Səhifə
Vakansiyalar
Nəqliyyat və Logistika
Anbardar

Anbar Qaytarılmaları üzrə Operator

Anbar Qaytarılmaları üzrə Operator

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 mart 2026

Son Tarix: 3 aprel 2026

Təsvir

  • Daxil olan qaytarma mallarının qəbulu, saxlanılması və göndərilməsi.

  • Qaytarılan malların sənədlərə və sistem məlumatları ilə uyğunluğunu yoxlamaq.

  • İlkin keyfiyyət yoxlanışı: bütövlük, zədələnmə, istifadə izləri, seriya nömrəsi / IMEI / SKU uyğunluğu.

  • Məhsulun statusunun müəyyən etmək (təkrar satış, təchizatçıya qaytarma, utilizasiya).

  • Malların müvafiq zonalara ötürülməsi (diaqnostika, saxlama, göndəriş).

  • WMS / OMS sistemlərinə düzgün məlumat və statusların daxil edilməsi.

  • Uyğunsuzluq aktlarının, silinmə və qaytarma sənədlərinin rəsmiləşdirilməsi.

  • İnventarizasiya prosesində iştirak etmək.

  • Qaytarılma ərazisində nizam-intizamın qorunması və əməyin mühafizəsi tələblərinə riayət etmək.

  • Rəhbərlik tərəfindən verilən qaytarılmalar ilə bağlı digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili.

  • Anbar, logistika, pərakəndə satış və ya qaytarma prosesləri üzrə minimum 1 il iş təcrübəsi.

  • Qaytarılma prosesləri haqqında bilik.

  • Məhsulun komplektliyinin və vəziyyətinin yoxlanılması bacarığı.

  • Sənədlərlə və elektron sistemlərlə işləmə bacarığı.

  • MS Office proqramlarında (xüsusilə Excell) işləmək bacarığı.

  • Analitik düşünmə və detallara diqqət.

  • Problem həll etmə bacarığı.

  • Azərbaycan dili – sərbəst.

  • Məsuliyyətlilik və operativlik.

  • Komandada işləmək bacarığı.

  • Stressə davamlılıq.

Necə Müraciət Etmək Olar

Birmarket.az

Birmarket.az

Retail

Birmarket — Azərbaycanın ən böyük elektron ticarət platformalarından biridir və əvvəlcə Umico adı ilə tanınsa da 2025-ci ilin iyulundan etibarən Bir rəqəmsal ekosisteminin tərkib hissəsi olaraq Birmarket brendi altında fəaliyyət göstərir. Platforma on minlərlə məhsulu — elektronika, məişət texnikası, moda, ev əşyaları və daha çox kateqoriyanı — sərfəli qiymətlərlə təqdim edir və 2 milyon-dan çox istifadəçiyə unikal onlayn alış-veriş təcrübəsi yaradır. Birmarket müştərilərə ölkə üzrə 850-dən çox “Gəl-al” təhvil məntəqəsinə kuryer çatdırılması və 24 aya qədər hissə-hissə ödəmə kimi çevik ödəniş imkanları təklif edir. O, Birbank, m10 və MilliÖn kimi xidmətlərlə inteqrasiya olunmuş “Bir” rəqəmsal ekosisteminə daxildir, bu da alış-veriş, ödəniş və xidmətləri vahid rəqəmsal məkanda birləşdirərək istifadəçi təcrübəsini daha da zənginləşdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10419

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Creative Manager

Tam Ştat

Rolun icmalı Creative Manager — kreativ strukturda əsas idarəedici mövqedir və kreativ həllərin hazırlanmasının operativ idarə olunmasına və komandanın supervayzinqinə cavabdehdir. Vəzifə birbaşa Creative Director-a tabedir və kreativ tapşırıqların sistemli, sürətli və keyfiyyətli icrasını təmin edir. Creative Director — strategiya və vision üçün cavabdehdir. Creative Manager — execution və proses üçün cavabdehdir. Daxil olan briflərin qəbulu və ilkin analizi; De-brief sessiyalarının keçirilməsi və tapşırıqların səviyyələndirilməsi (A/B/C); Resursların düzgün bölüşdürülməsi və prioritetləşdirmə; Tapşırıqların vaxtında icrasına nəzarət; Orta və yüksək səviyyəli kreativ konseptlərin hazırlanması; Strateji kampaniyaların hazırlanmasında Creative Director ilə birgə iştirak; Kreativ istiqamətin və təqdimat məntiqinin formalaşdırılması; Təqdimatların hazırlanması və ideyaların daxili stakeholder-lərə təqdim edilməsi; Dizayner və kopirayterlərin işinə supervayzinq və müntəzəm geribildirim; Brend standartlarının qorunmasının təmin edilməsi; PMM, Digital, CVM, SMM komandaları ilə sinxron iş; Komanda yükünün balanslaşdırılması və təcili/xaotik tapşırıqların minimallaşdırılması; SLA-lara nəzarət və proseslərin optimizasiyası; Capacity planning prosesində iştirak; Bölmələrarası əməkdaşlığın effektivliyinin artırılması.