UI/UX Dizayner
Bakı
Tam Ştat
Başlanğıc Səviyyə
500 - 800 AZN
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 25 may 2026
Təsvir
Şirkət haqqında
BIMix, tikinti layihələrinin layihələndirilməsi, inşası və idarə olunma tərzini yenidən formalaşdıran innovativ BIM həlləri şirkətidir. Biz memarlara, mühəndislərə və podratçılara konsepsiyadan başlayaraq tikinti və istismar mərhələlərinə qədər bütün proseslərdə avtomatlaşdırma, daha yaxşı əməkdaşlıq və azaldılmış səhvlər vasitəsilə daha səmərəli işləməyə kömək edirik.
Üstünlüyümüz — BIM-i süni intellekt, ML və qabaqcıl proqram təminatı ilə birləşdirərək MEP, konstruksiya və memarlıq komandaları üçün ağıllı və inteqrə olunmuş həllər yaratmağımızdır. Bundan əlavə, biz rəqəmsal strategiya, implementasiya, Revitdə iş prosesinin optimallaşdırılması və peşəkar təlimlər daxil olmaqla tam BIM konsaltinq xidmətləri təqdim edirik ki, təşkilatlar daha sürətli, daha keyfiyyətli və daha etibarlı nəticələr əldə edə bilsinlər.
Bakı şəhərində tam ştat UI/UX Dizayner
İş qrafiki: 6 günlük;
İş saatı: 09:00 dan-18:00 dək(Cümə ertəsi 09:00 dan-17:00 dək);
Nahar şirkət tərəfindən təmin edilir;
İllik performansa görə 1 və ya 2 dəfə əmək haqqı artımı;
Qeyd: Yalnız seçilmiş namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.
Namizədlərdən CV/Rezumelərini mövzu hissəsində " UI/UX" qeyd etməklə hr@bimix.ai e-mail ünvanına göndərmələri xahiş olunur.
İş haqqında
Dizayn, HCI, Multimedia və ya İnteraksiya Dizaynı üzrə təhsil alan və ya yeni məzun;
Figma, Adobe XD, Photoshop və Illustrator kimi dizayn alətləri barədə əsas biliklər;
Güclü vizual və interaktiv dizayn qabiliyyəti, istifadəçi ehtiyaclarını dizayn həllərinə çevirə bilmək;
Yaxşı kommunikasiya və komandada işləmək bacarığı;
İş axını avtomatlaşdırması, AI və BIM proqram təminatına maraq üstünlükdür;
İngilis dili biliyi arzuolunandır.
Tələblər
BIM-avtomatlaşdırması və AI əsaslı məhsullar üçün intuitiv, istifadəçi yönümlü interfeyslərin hazırlanmasında dizayn komandasına dəstək olmaq;
İstifadəçi araşdırmalarında iştirak etmək: rəy toplamaq, istifadəçi testləri aparmaq və dizayndakı problemləri analiz etmək;
Wireframe, maket və interaktiv prototiplər yaratmaq; dizaynların tətbiqi üçün developer-lərlə əməkdaşlıq etmək;
UI komponentləri üzərində işləmək və dizayn sisteminə töhfə vermək;
UI/UX sahəsində yenilikləri izləmək və istifadəçi axınları və vizual dizayn üzrə təkmilləşdirmələr təklif etmək.
Necə Müraciət Etmək Olar
BİMİX MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13984
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Başlanğıc Səviyyə