Turizmin təşkili üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 15 iyun 2026
Təsvir
Summer Tour Azerbaijan MMC hal-hazırda Turizmin təşkili üzrə mütəxəssis vəzifəsinə təcrübəli namizədlər axtarır!
Vəzifə öhdəlikləri:
Yerli və beynəlxalq turların təşkili və icrasını həyata keçirmək.
Müxtəlif istiqamətlər üzrə yeni tur proqramlarının hazırlanması, satışı və icrasınını həyata keçirmək.
Qrup və fərdi müraciətlərin hesablanması (viza dəstəyi, transfer, restoran, muzey, bələdçi xidmətləri, hotellərin bronlaşdırılması və s.).
Rezervasiya sistemlərindən istifadə edərək tur paketləri və turizm xidmətlərini bronlaşdırılmaq.
Hotellər və digər xidmət təminatçıları ilə xüsusi qiymətlərin əldə edilməsi üçün danışıqlar aparmaq.
Tur proqramlarının təşkili üçün hotellər, restoranlar, bələdçilər, nəqliyyat şirkətləri və digər partnyorlarla əlaqə saxlayaraq qiymət cədvəlləri hazırlamaq.
Müştərilərin cəlb edilməsi üçün marketinq məqsədli elektron məktubların hazırlanmaq və göndərmək.
İşgüzar tədbirlərdə, info turlarda və sərgilərdə iştirak edərək şirkəti təmsil etmək.
Turizm tədbirlərinin, festivalların və promosyon kampaniyalarını planlaşdırmaq və icrasını həyata keçirmək.
Mövcud və yeni partnyorlarla davamlı əlaqələr qurmaq və sorğuları cavablandırılmaq.
Tələb olunan hesabatların vaxtında mühasibatlığa təqdim etmək.
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirmək.
Tələblər
Turizm sahəsində peşəkar təcrübə
Bakalavr təhsil dərəcəsi
Azərbaycan, İngilis, Rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
MS Office (Word, Excel, PowerPoint) proqramlarından istifadə bacarığı
İş şəraiti:
5 günlük iş qrafiki
İş saatı 10:00-19:00
Ünvan: Bakı, AF Mall 2-ci mərtəbə
Tələblərə cavab verən namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Summer Tour Azerbaijan MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18375
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə