Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 12 mart 2026

Son Tarix: 12 aprel 2026

Təsvir

Baku Holiday Travel şirkəti “Tour Manager” vəzifəsi üzrə vakansiya elan edir! Turizm sahəsində inkişaf edən komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı Tour Manager axtarırıq.

Tələblər

  • Turizm sahəsində minimum 1–3 il iş təcrübəsi

  • Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilməsi

  • Satış bacarıqlarının yüksək olması, müştəri ilə effektiv ünsiyyət qurmaq qabiliyyəti

  • Səlis nitq, təqdimat və danışıqlar aparmaq bacarığı

  • Komandada işləmək və stress altında qərar vermək bacarığı

  • Turizm sistemləri və B2B platformalarla işləmə təcrübəsi

  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq

Vəzifə öhdəlikləri

  • Xarici tur paketlərinin planlaşdırılması, təşkili və satışı

  • Müştərilərdən daxil olan sorğuların operativ və peşəkar şəkildə cavablandırılması

  • Müştəri ehtiyaclarına uyğun otel, aviabilet, transfer və digər xidmətlərin seçilməsi və bron edilməsi

  • Müştəri bazasının genişləndirilməsi və yeni satış imkanlarının araşdırılması

  • Satışdan sonra xidmət keyfiyyətinə nəzarət və müştəri məmnuniyyətinin təmin edilməsi

  • B2B sistemlərdə rezervasiyaların idarə olunması

  • CRM sistemində məlumatların düzgün qeyd edilməsi

  • Həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi

İş şəraiti

  • İş qrafiki: Həftədə 5 iş günü + şənbə qisa və  növbəli gün

  • İş saatı: 09:00 \ 10:00 – 18:00 \ 19:00

  • Əmək haqqı + satış bonusları

  • Peşəkar və inkişaf yönümlü iş mühiti

  • Turizm sahəsində karyera inkişaf imkanı

Müraciət qaydası

Tələblərə uyğun namizədlər mövzu hissəsində “Tour Manager” qeyd etməklə CV-lərini göstərilən e-mail ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Necə Müraciət Etmək Olar

Baku Holiday Travel

Baku Holiday Travel

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10894

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer