Ana Səhifə
Vakansiyalar

Tornaçı (Qəbələ)

Tornaçı (Qəbələ)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 fevral 2026

Son Tarix: 19 mart 2026

Təsvir

Tornaçı universal torna dəzgahlarında metal və müxtəlif materialları kəsici və emaledici alətlər vasitəsi ilə kəsir, yonur, yiv açır və müxtəlif konfiquryasiyalı işləri həyata keçirir.

Hidrovlik şlanqların bərpası və hidrovlik şlanqların yenilərinin istehsalı ilə bağlı şlanq-press aparatını işlədir;

Dəzgahların, avadanlıqların saxlanma qaydalarını bilməli, onların tam təhlükəsiz istismarı üçün lazımı tədbirlərin görülməsi;

Dəzgahların, avadanlıqların daim saz və təhlükəsiz saxlanması üçün lazımi yoxlama, nizamlama və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;

Fərdi mühafizə vasitələrindən istifadə qaydalarını bilməli;

İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;

İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;

Avadanlıqları kənar təsirlərdən qorumaq üçün təhlükəsiz yerdə saxlamaq;

İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;

İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və işə hazırlaşmaq:

İş üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;

İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaqla iş yerini təmizləmək;

Bütün daxili prosedur,təlimat və qaydalara riayət etmək;

Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətinə uyğun digər işlərin həyata keçirilməsi.

Tələblər

Tam orta və ya peşə təhsili

3-5 il təcrübə

Məsuliyyətli

Dəqiq

Necə Müraciət Etmək Olar

Yalama Agropark LLC

Yalama Agropark LLC

Manufacturing

Yalama Agropark LLC Azərbaycanda fəaliyyət göstərən müasir aqrar-sənaye müəssisəsidir və əsasən istixana kompleksləri, tərəvəz istehsalı və aqro-emal istiqamətində ixtisaslaşıb. Şirkət kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlıq əldə etməyi və keyfiyyətli məhsulları həm daxili, həm də ixrac bazarına təqdim etməyi hədəfləyir. Yalama Agropark fəaliyyətində damcılı suvarma sistemləri, iqlimə nəzarət texnologiyaları və müasir aqrotexniki yanaşmalar tətbiq edir. Şirkət regionun aqrar potensialının inkişafına, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun gücləndirilməsinə töhfə verən iri kənd təsərrüfatı layihələrindən biri kimi qiymətləndirilir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9142

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya